Prezident İlham Əliyev bir sıra tibb müəssisələrinin tikintisinin sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
AZXEBER.COM-un prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, bir sıra tibb müəssisələrində aparılan təmir-tikinti işlərinin sürətləndirilməsi məqsədi ilə Prezidentin Ehtiyat Fondundan Səhiyyə Nazirliyinə 20 milyon manat, o cümlədən Bakı Sağlamlıq Mərkəzi üçün 5 milyon manat, Ağcabədi, Ağsu, Cəlilabad, Lənkəran və Yevlax mərkəzi rayon xəstəxanalarının hər biri üçün 3 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşmənin müəyyən olunmuş qaydada təmin edilməsi, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.