Avqustun 13-dən 20-dək Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin məsul əməkdaşları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətinə həsr olunan Facebook səhifəsində sualları cavablandıracaqlar.
AZXEBER.COM-un məlumatına görə, arzu edənlər öz suallarını sözügedən Facebook səhifəsindəki müvafiq statusun altında şərh şəklində yaza bilərlər.
Təkrarların qarşısının alınması üçün sosial şəbəkə istifadəçilərindən daha əvvəlki sualları oxumaları xahiş olunur.
Səhifənin ünvanı: https://www.facebook.com/PresidentIlhamAliyev