Prezidentin həyat hekayəsi: ‘Limonad satacaqdım, bacarmadım..’

Prezidentin həyat hekayəsi: ‘Limonad satacaqdım, bacarmadım..’
Bütün Xəbərlər
23:20 07.03.2012
2125

Abdulla Gül bir ərəb jurnalına həyat heyakəsini danışıb

AZXEBER.COM-un “trtazerbaycan”a istinadən verdiyi xəbərə görə, prezident Abdulla Gül bir ərəb jurnalına verdiyi müsahibədə həyat hekayəsini danışıb.

Gül doğulduğu Kayseri vilayətində ailələrin uşaqlarını imtahandan keçirdiyini, ticarətə meyli olanları bu istiqamətə yönəltdiyini söyləyib: "Bu istiqamətdə bacarığı olmayanlar da yenidən məktəbə göndərilirdilər. Mən də limonad satacaqdım, amma hər halda müvəffəqiyyət qazana bilmədim ki, yenidən məktəbə göndərdilər".

Orta sinifə aid, dininə, adətlərinə və dəyərlərinə bağlı bir ailədə böyüdüyünü söyləyən prezident nəslində bu şəkildə yetişən və oxuyan çox insan olduğunu bildirib. Ölkə məsələləriylə lisey dövründən maraqlanmağa başladığını söyləyən Gül universitetdə bu marağın daha da dərinləşdiyini, İstanbul Universiteti İqtisad Fakültəsində oxuyarkən Tələbə Birliyi başqanlığına qədər yüksəldiyini vurğulayıb.

Universitet illərində bu günkü mövqeyinə gələcəyini təxmin etmədiyini bildirən Gül şəxsi həyatı üçün çox gözləntilərinin olmadığını deyib: "Şəxsi gözləntilərdən çox prinsiplərimizə xidmət etmək istəyirdim".

OXŞAR XƏBƏRLƏR