Prezidentin köməkçisi Əli Həsənov Türkiyədə görüşlər keçirdi - FOTOLAR

Prezidentin köməkçisi Əli Həsənov Türkiyədə görüşlər keçirdi - FOTOLAR
SİYASƏT
01:13 26.10.2016
753

Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə Türkiyədə səfərdə olan prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bir sıra görüşlər keçirib.

AZXEBER.COM Azərtac-a istinadən xəbər verir ki, Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın, Baş nazirin müavinləri Toğrul Türkeş və Numan Kurtulmuş ilə görüşlərdə Azərbaycan-Türkiyə strateji münasibətlərindəki inkişafın əhəmiyyəti, mətbuat və informasiya sahəsində əlaqələrin perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.

Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov görüşlərdə iştirak edib.



OXŞAR XƏBƏRLƏR