Prezidentin köməkçisi: Yeni qurbanlar istəyirlərsə, bu ruhda da davam etsinlər

Prezidentin köməkçisi: Yeni qurbanlar istəyirlərsə, bu ruhda da davam etsinlər
SOSİAL
13:45 04.04.2016
2279
“Bu cavabsız qala bilməzdi və cavabsız qalmadı da”.
Ermənistan dövləti öz xalqını çoxdan və məqsədyönlü şəkildə aldadaraq onu öz maraqlarının girovuna çevirib. Lakin biri var öz xalqını aldadasan, biri də var ki, beynəlxalq ictimaiyyəti həyasızcasına aldadasan.
AZXEBER.COM xəbər verir ki, bunu Trend-ə eksklüziv müsahibəsində Azərbaycan Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi general-leytenant Vahid Əliyev Ermənistan tərəfinin Azərbaycanın atəşkəs rejimini birinci pozması və artilleriya, zirehli texnika və aviasiyadan istifadə edərək hücuma keçməsi ilə bağlı ittihamlarına dair sualı cavablandırarkən deyib.
“İş burasındadır ki, tərəfimizdən atəşkəs rejiminin pozulması elementar məntiqə sığmır. Ermənistan tərəfindən fərqli olaraq Silahlı Qüvvələrimizin arxasında dinc sakinlər sıx şəkildə yaşamağa davam edir.
Ermənistan ordusunun vətəndaşlarımıza qarşı çoxsaylı, bəzən isə sərt təxribatları hamıya məlumdur. Sərhədyanı zonada toyun, çobanların, uşaqların, traktorçuların, kombaynerlərin atəşə tutulmasını, kənd təsərrüfatı sahələrinin yandırılmasını xatırlayın.
Hamısını sadalayıb qurtarmaq olmaz. Bu artıq Ermənistan tərəfindən vərdiş halını almışdı və uzun müddət davam edə bilməzdi. Aprelin 1-dən 2-nə keçən gecə Ermənistan Silahlı Qüvvələri iriçaplı artilleriya silahından sərhədyanı dinc kəndləri daha azğın və daha kobud formada atəşə tutma cəhdlərinə əl atdı. Dinc əhali arasında yenidən qurbanlar oldu. Bu cavabsız qala bilməzdi və cavabsız qalmadı da”, - deyə, general Əliyev bildirib.
Azərbaycan Prezidentinin köməkçisinin sözlərinə görə, təbii ki, gələcəkdə belə növ cəhdlərin qarşısını almaq və əhalini təhlükədən qorumaq üçün Azərbaycan Silahlı Qüvvələri düşmənin atəş nöqtələrini susdurmaq məcburiyyətində idi.
“Bunun nə ilə qurtardığını bilirsiniz. Bir daha şəhidlərin ailələrinə başsağlığı vermək və silahlı qüvvələrimizin haqqını vermək istəyirəm. Ordumuz tərəfindən cavab tədbirləri zamanı Ermənistan tərəfində çaxnaşma, qaçış başladı və silahlı qüvvələrimiz ermənilərdən azad edilmiş yüksəklikləri tutdu.
Azərbaycan tərəfi bu uzun davam edən münaqişənin sülh yolu ilə həllinin həmişə tərəfdarı olub. Qeyd etmək istəyirəm ki, biz münaqişənin sülh yolu ilə davam etdirilməsində deyil, sülh yolu ilə həll edilməsinin tərəfdarıyıq.
Aydındır ki, Ermənistan rəhbərliyinin prinsipi hüququn gücdə olmasından ibarətdir. Onlar 90-cı illərin əvvəllərinin düşüncəsindən çıxmayıblar, necə həmin səviyyədə idilərsə, elə orada da qalmağa davam edirlər.
Onlar müharibə siyasətilə, Azərbaycan və erməni xalqlarının qanı ilə hakimiyyətə gəliblər və elə qalmaqda davam edirlər və çox təəssüf ki, indiyədək müharibə prinsipinə əsaslanmağa davam edirlər.
Əgər onlar bunu hələ də başa düşmək istəmirlərsə, onları başa salmağa məcbur etmək lazımdır ki, əgər hüquq gücdədirsə, gücümüz var. Və onlar yeni qurbanlar istəyirlərsə, bu ruhda da davam etsinlər, bizə yalnız bu məsələdə təəssüflənmək və işimizi görmək düşür”, - deyə, o, qeyd edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
14:47 22.07.2026
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
“Media Kuboku-2026" minifutbol turniri başa çatıdı - FOTOLAR
14:46 22.07.2026
“Media Kuboku-2026" minifutbol turniri başa çatıdı - FOTOLAR
“Arzum999” məhkəmədən belə çıxdı – ilk görüntülər - VİDEO
14:40 22.07.2026
“Arzum999” məhkəmədən belə çıxdı – ilk görüntülər - VİDEO
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
14:35 22.07.2026
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
151 illik yol: Azərbaycan mətbuatı rəqəmsal dövrdə hansı çağırışlarla üz-üzədir?
14:32 22.07.2026
151 illik yol: Azərbaycan mətbuatı rəqəmsal dövrdə hansı çağırışlarla üz-üzədir?
IV kurs tələbəsi vəfat etdi
13:58 22.07.2026
IV kurs tələbəsi vəfat etdi
17 yaşlı haker biznes hesablarını belə boşaldıb – 100 min manatdan çox ziyan
13:55 22.07.2026
17 yaşlı haker biznes hesablarını belə boşaldıb – 100 min manatdan çox ziyan
Temperatur 41 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ
13:53 22.07.2026
Temperatur 41 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ
Diplomsuz həkimlər, zirzəmiyə atılan döl, “TikTok” həkimləri – Özəl klinikalarda baş verən qalmaqallar
13:50 22.07.2026
Diplomsuz həkimlər, zirzəmiyə atılan döl, “TikTok” həkimləri – Özəl klinikalarda baş verən qalmaqallar
Lerikin məşhur şəlaləsini zibilliyə döndərdilər - VİDEO
13:32 22.07.2026
Lerikin məşhur şəlaləsini zibilliyə döndərdilər - VİDEO
İran: ABŞ-ın “çirkli əli” ölkəyə çatsa, bütün gücümüzlə savaşacağıq
13:30 22.07.2026
İran: ABŞ-ın “çirkli əli” ölkəyə çatsa, bütün gücümüzlə savaşacağıq
Mehdiabadda kişini başından vurub öldürdülər
13:28 22.07.2026
Mehdiabadda kişini başından vurub öldürdülər
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı oldu - FOTOLAR
13:09 22.07.2026
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı oldu - FOTOLAR
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama
13:00 22.07.2026
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama
Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?
12:56 22.07.2026
Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?
Sabah hava necə olacaq?
12:52 22.07.2026
Sabah hava necə olacaq?