Prezidentin nə qədər var-dövləti var? - Müxalifət açıqladı

DÜNYA
11:39 29.08.2012
2210

Rusiyada müxalifət liderlərindən biri, baş nazirin keçmiş müavini Boris Nemtsov bəyan edir ki, prezident Vladimir Putinin təkcə saatlar kolleksiyası onun illik rəsmi gəlirindən 6 dəfə çoxdur. “Kommersant” qəzeti yazır ki, Boris Nemtsov “Solidarnost” hərəkatının fəallarından biri olan Leonid Martinokla birlikdə prezident Putinin var-dövləti haqqında hesabat hazırlayıb.

Sənəd müəllifləri iddia edirlər ki, Vladimir Putinin sərəncamında 20 saray, villa və iqamətgah var. İqamətgahlardan 9-u Putinin hakimiyyəti illərində tikilib. Hesabatda müqayisə üçün əlavə olunur ki, ABŞ və Fransada cəmi 2 rəsmi iqamətgah fəaliyyət göstərir.

Hesabat müəllifləri iddia edirlər ki, Putin rəsmi gəlir bəyannaməsində ildə 4 milyon rubl “təxminən 98 000 manat” qazancı olması barədə məlumat verməklə əslində seçiciləri aldadıb. Əslində isə o, cah-cəlal içində yaşayır."Kölənin qalera həyatı. Saraylar, yaxtalar, maşınlar, təyyarələr və başqa aksessuarlar" adlanan hesabat “Saraylar”, “Aviapark” (təyyarə və vertolyotlar), “Yaxtalar”, “Maşınlar”, “Saatlar” adları altında müxtəlif bölmələrdən ibarətdir. Hesabatda Putinin saraylarının, təyyarələrinin və digər sərvətlərinin fotoşəkillərinə də yer verilir.Sənəd müəllifləri Putinin aviaparkında olan təyyarələr, vertolyotların ümumi qiymətinin  milyardlarla dolları keçdiyini deyirlər: “Kiçik donanma adlana biləcək aviaparka 4 dəbdəbəli təyyarə daxil olub. Bu təyyarələrin qiyməti azı 3 milyard dollar təşkil edir.Putinin maşınlar və saatlar kolleksiyası da var. Təkcə saatlar kolleksiyasının dəyəri 22 milyon rubl (təxminən 542 000 manat) hesablanır. Putinin təkcə saatlar kolleksiyasının dəyəri prezidentin rəsmi illik gəlirindən 6 dəfə çoxdur".Vladimir Putinin mətbuat katibi Dmitri Peskov isə Nemtsovun bu hesabatını ətraflı öyrəndikdən sonra ona münasibət bildirəcəklərini deyib. Amma sözçü ilkin reaksiya kimi qeyd edir ki, prezidentin istifadə etdiyi obyektlər dövlət mülkiyyətidir, bu barədə məlumatlar da hər kəsə açıqdır. Qeyd edək ki, bu günlərdə Britaniyanın “The Sunday Times” qəzeti Putinin dünyada ən varlı şəxs olduğunu yazmışdı. Bildirilirdi ki, onun pulu 130 milyard dollardan çoxdur. Rəsmi olaraq dünyanın ən varlı adamı elan olunan meksikalı maqnat Karlos Slimin varidatı isə bundan iki dəfə azdır.

OXŞAR XƏBƏRLƏR