Ağalarov Saint Tropezə yollanıb.
Ötən günlərdə atası Araz Ağalarov ilə İstanbulda istirahət edən bəstəkar-müğənni Emin Ağalarov Fransaya yollanıb.
AZXEBER.COM ANS PRESS-ə istinadən xəbər verir ki, xarici ölkələrdə dincəlməyə üstünlük verən ifaçı bu dəfə oğlanları Əli, Mikayıl və bacısı Şeyla ilə Saint Tropezə üz tutub. İstirahət zamanı çəkilən şəkilləri Emin ilə yanaşı bacısı da İnstagram səhifəsində izləyiciləri ilə paylaşıb. “Mənim həyatımın sevgisi – qardaşım və ailəsi” şərhini bildirib.
Şəhərin əyləncə mərkəzlərində oğlanları ilə oyunlar oynayan Emin əkizləri ilə vaxt keçirməkdən həzz aldığını vurğulayıb.
Qeyd edək ki, Emin Ağalarov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin böyük qızı Leyla xanım ilə evlidir.






