Prezidentin səfərləri bu ərazilərin inkişafında yeni bir səhifə açır - "Böyük qayıdış" Azərbaycanın reallığına çevrilib

Prezidentin səfərləri bu ərazilərin inkişafında yeni bir səhifə açır - "Böyük qayıdış" Azərbaycanın reallığına çevrilib
SOSİAL
14:24 30.10.2025
410
Qarabağ torpaqlarına Böyük Qayıdış artıq reallığa çevrilib. Uzun illər həsrətində olduğumuz yurd yerlərinə həyat qayıdır, yeni evlər, məktəblər, yollar tikilir və insanlar doğma torpaqlarına addım-addım dönür, öz köçlərini həyata keçirirlər. Hər gün daha çox ailə ata-baba yurduna qayıdır, kəndlər və şəhərlər yenidən canlanır, iqtisadi və sosial infrastruktur yenidən qurulur.

Eyni zamanda, bölgədə həyatın bərpası ilə bağlı müxtəlif layihələr həyata keçirilir, ərazilərdə elektrik, su və digər mühüm xidmətlərin təminatı gücləndirilir. İnsanlar təkcə fiziki evlərinə deyil, həm də doğma torpaqlarında yeni imkanlara, iş yerlərinə və davamlı həyat şəraitinə qayıdırlar. Bu proses həm tarixi, həm də mənəvi əhəmiyyət daşıyır, Azərbaycanın azad edilmiş torpaqlarının yenidən doğuşunu simvolizə edir. 

Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərə son səfəri çərçivəsində bir sıra mühüm tədbirlərdə iştirak edib. O, Cəbrayıl rayonunun Horovlu kəndində məscidin təməlini qoyub, yeni çoxmənzilli yaşayış binalarının  tikintisi üçün təməl mərasimlərində iştirak edib. Səfər zamanı "Şəms” və "Üfüq” günəş elektrik stansiyalarının təməli qoyulub, enerji və digər infrastruktur obyektləri ilə tanışlıq olub, avtomobil yollarının bir hissəsinin açılışı həyata keçirilib.

Eyni zamanda Prezident rayon sakinləri ilə görüşərək onların fikirlərini dinləyib və quruculuq işlərinin sürətləndirilməsi üçün konkret tapşırıqlar verib. Bu səfər, azad edilmiş torpaqlarda həyatın bərpası və bölgədə dayanıqlı infrastrukturun yaradılması istiqamətində mühüm addım hesab olunur. 

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev AZXEBER.COM-a bildirib ki, Böyük Qayıdış möhtəşəm bir proqramdır və onun həyata keçirilməsi uğurla davam etdirilir:

"Son 5 il ərzində bu proqramın icrası üçün dövlət büdcəsindən 23 milyard manata yaxın vəsait sərf edilib. Gələn ilin büdcəsində isə azad olunmuş ərazilərin bərpasına əlavə olaraq 3.5 milyard manatın ayrılması nəzərdə tutulur. Proqramın daha səmərəli şəkildə icra olunması Azərbaycan Prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir. Elə bir ay, həftə olmur ki, ölkə başçısı işğaldan azad olunmuş ərazilərə səfər etməsin, işlərin gedişi ilə maraqlanmasın. Prezident təməlqoyma mərasimlərində, yeni obyektlərin açılışında, tikinti işlərinin gedişi ilə yaxından tanış olur və mühüm tapşırıqlar verir. Məhz bu diqqət sayəsində azad edilmiş ərazilərdə abadlıq və quruculuq işləri böyük sürətlə davam edir. Bu fəaliyyət yerli əhali, xarici qonaqlar, dövlət rəhbərləri və jurnalistlər tərəfindən yüksək qiymətləndirilir”.

 

Deputat deyib ki, artıq həmin bölgələrə köç prosesi başlayıb:

 


"Füzuli, Zəngilan, Laçın, Şuşa, Xocavənd və Xocalıda həyat öz axarına düşür, insanlar ata-baba yurdlarına qayıdaraq kənd təsərrüfatı və heyvandarlıqla məşğul olurlar. Prezidentin Cəbrayıla son səfəri də xüsusi bir tarix ərəfəsində-Zəfər Günü öncəsi baş tutub. Bu səfər həm rəmzi, həm də siyasi baxımdan mühüm əhəmiyyət daşıyır. O, azad edilmiş torpaqlarda görülən işlərlə tanış olub, sakinlərlə görüşüb və yeni tapşırıqlar verib. Artıq dağıdılmış, viran qoyulmuş kənd və şəhərlərimizdə abadlıq işləri geniş vüsət alıb. Yollar çəkilir, tunellər qazılır, məktəblər və xəstəxanalar tikilir. Dünya bu yenidənqurma prosesini görür və Azərbaycanın quruculuq əzmini yüksək qiymətləndirir. Bu, həm Azərbaycan vətəndaşlarını, həm də dost ölkələrdən gələn qonaqları sevindirir”. 

Parlamentari qeyd edib ki, hazırda işğaldan azad olunmuş ərazilərin bərpasında dost və qardaş ölkələr dəstək göstərir: 

"Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və başqaları bu prosesdə yaxından iştirak edirlər. Onların köməyi ilə müasir məktəblər, yaradıcılıq mərkəzləri və digər obyektlər inşa olunur. Bu, qardaşlıq və qarşılıqlı dəstəyin bariz nümunəsidir. Çünki Azərbaycan vaxtilə dost və qardaş ölkələrə öz kömək əlini uzadıb”. 

T.Rzayev vurğulayıb ki, Cəbrayıla edilən səfər həm də köç prosesini sürətləndirmək, sakinlərlə görüşərək onlara ruh vermək, yeni məqsədlər müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir:

"Prezidentin bu səfərləri insanların taleyi, rifahı və gələcək xoşbəxtliyi üçün həyata keçirilən siyasətin tərkib hissəsidir. Bir vətəndaş kimi biz hamımız azad edilmiş torpaqlarda aparılan bərpa və quruculuq işləri ilə qürur duyuruq. Bu bərəkətli torpaqlar təkcə mənəvi dəyər daşımır, həm də ölkənin iqtisadi inkişafı üçün böyük potensiala malikdir. Kənd təsərrüfatı və sənaye sahələrinin inkişafında həmin ərazilər tarixən mühüm rol oynayıb və bu gün də öz əhəmiyyətini qoruyur. Prezidentin səfərləri bu ərazilərin inkişafında yeni bir səhifə açır. Bu səfər insanların xoşbəxt yaşayışını, doğma yurd həsrətinin aradan qalxmasını və bölgədə davamlı həyatın bərqərar olmasını hədəfləyir”.

120‑saylı Cəbrayıl‑Qubadlı seçki dairəsindən deputat seçilən Ceyhun Məmmədov isə AZXEBER.COM-a açıqlamasında bildirib ki, bu gün Böyük Qayıdış prosesi ölkəmizdə sürətlə həyata keçirilir:

"Qarabağ və Şərqi Zəngəzurun bütün ərazilərində quruculuq və abadlıq işlərinin aparıldığını görürük. Cənab Prezidentin də qeyd etdiyi kimi, sanki Qarabağ böyük tikinti meydanına bənzəyir. İlham Əliyev davamlı olaraq müxtəlif bölgələrə səfərlər edir. Dünən isə Cəbrayılda oldu və Horovlu kəndinin açılışında iştirak etdi. Burada söhbət müasir və yüksək səviyyədə tikilən qəsəbədən gedir”.


Deputat deyib ki, İlham Əliyev Cəbrayıl Məscidinin təməlini qoydu:

"Prezident Cəbrayıl Məscidinin təməlini qoydu. Bu, Cənab Prezidentin milli-mənəvi dəyərlərimizə yüksək diqqət və qayğısının təzahürüdür. Bütün bunlarla yanaşı, Cəbrayılda yeni yaşayış binalarının təməli qoyuldu. "Üfüq”, "Şəfəq” və "Şəms” günəş enerji stansiyalarının təməli də qoyuldu. Cənab Prezidentin Qarabağ və Şərqi Zəngəzura birbaşa nəzarət etməsi ərazilərin yenidən qurulması üçün ardıcıl və sistemli tədbirlər həyata keçirməsinin göstəricisidir. Bu, bir daha dövlətimizin gücünün nümayişidir”.

Şahanə Ziyad
 
Yazı Medianın İnkişafı Agentliyinin "işğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış" mövzusunda dərc edilib.

 

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Novak: Rusiya Avropaya qaz tədarükünü bərpa etməyə hazırdır
18:10 27.10.2026
Novak: Rusiya Avropaya qaz tədarükünü bərpa etməyə hazırdır
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdü - FOTOLAR
17:55 27.10.2026
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdü - FOTOLAR
Mədəni diplomatiyadan vətəndaş cəmiyyətinə uzanan şərəfli yol
17:51 27.10.2026
Mədəni diplomatiyadan vətəndaş cəmiyyətinə uzanan şərəfli yol
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTOLAR
17:51 27.10.2026
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTOLAR
Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu
17:48 27.10.2026
Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu
Pezeşkian: ABŞ və İsrail qlobal enerji təhlükəsizliyini təhdid edir
17:44 27.10.2026
Pezeşkian: ABŞ və İsrail qlobal enerji təhlükəsizliyini təhdid edir
Baş Prokurorluğu və DİN-dən birgə məlumat: Siyəzəndə ağır cinayətin üstü açıldı
17:41 27.10.2026
Baş Prokurorluğu və DİN-dən birgə məlumat: Siyəzəndə ağır cinayətin üstü açıldı
Havaların soyuması ailə büdcəsinə necə təsir edir?
17:40 27.10.2026
Havaların soyuması ailə büdcəsinə necə təsir edir?
Qətərdən İrana çağırış: Təhdidləri dayandırın, Hörmüz boğazını açın
17:39 27.10.2026
Qətərdən İrana çağırış: Təhdidləri dayandırın, Hörmüz boğazını açın
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
17:34 27.10.2026
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
“Crystal Group of Companies” ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi
17:25 27.10.2026
“Crystal Group of Companies” ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi
Azərbaycanda 163 min ailəyə qadın başçılıq edir – Rəsmi statistika
17:22 27.10.2026
Azərbaycanda 163 min ailəyə qadın başçılıq edir – Rəsmi statistika
Məhsanı öldürənlər qızlarımıza təhsil verəcək? – bəs hansı dildə...
17:13 27.10.2026
Məhsanı öldürənlər qızlarımıza təhsil verəcək? – bəs hansı dildə...
Sürücünün telefondan istifadəsi videokameralar vasitəsilə də qeydə alınacaq
17:08 27.10.2026
Sürücünün telefondan istifadəsi videokameralar vasitəsilə də qeydə alınacaq
Evlilikdə ən uyğun bürclər açıqlandı - Bu cütlüklər bir-biri üçün yaranıb
17:04 27.10.2026
Evlilikdə ən uyğun bürclər açıqlandı - Bu cütlüklər bir-biri üçün yaranıb
Telefon köşkləri, məktub qutuları…: Şəhərin unudulan xidmətləri
16:52 27.10.2026
Telefon köşkləri, məktub qutuları…: Şəhərin unudulan xidmətləri