Prezidentin xanımı xeyriyyədən gələn pulu dostuna xərclədi
Bütün Xəbərlər
14:51 08.01.2012
4480
BMT-nin QİÇS-lə mübarizə dünya fondunun sülhməramlı səfiri Karlo Bruni xeyriyyədən əldə edilən gəliri dostlarından birinə xərcləyib.Fransa prezidenti Nikola Sarkozinin xanımı Karla Bruni xeyriyyə işi ilə əlaqədar böyük bir qalmaqala səbəb olub. 2008-ci ildə BMT-nin QİÇS-lə mübarizədə dünya fonduna sülhməramlı səfir təyin edilən Bruni xeyriyyədən əldə edilən gəliri yaxın dostlarından birinə xərcləyib. Faktı Fransanın "Marian" qəzeti aşkarlayıb. Məqalənin müəllifi bildirib ki, Fond heç bir müsabiqə keçirmədən Bruninin məsləhətçisi musiqiçi Julian Sivancın rəhbərlik etdiyi şirkətlərin hesabına 3,5 milyon dollar pul köçürüb.