Prezidentinin oğlu “Arsenal”a keçdi

İDMAN
10:47 26.09.2011
1759
“Barselona”nın prezidentinin oğlu Londonun “Arsenal” klubuna transfer olunub. Stadium.az xəbər verir ki, Katalon klubunun keçmiş prezidenti Xuan Laportanın oğlu Guilyam Laporta London klubunun təklifini qəbul edib. “El Mundo Deportivo” qəzetinin yazdığına əsasən, Guilyamın anası atasından ayrılıb və Londona köçüb. Elə onun da “Arsenal”a keçməsində bu məqam əsas rol oynayıb.Guilyamın atası Xuan Laporta 2003-2010-cü illərdə “Barselona”nın prezidenti olub. Bu müddətə kimi batmaqda olan Katalon klubunu zirvəyə yüksəldən ata Laporta, “Barsa”ya Frank Raykard və Pep Quardiolanı baş məşqçi təyin edib. Bu müddətdə qazanılan 4 La Liqa çempionluğu, 2 Çempionlar Liqası, 1 Karal Kuboku, 1 UEFA Super Kuboku, 1 qitələrarası dünya çempionluğu da məhz Xuan Laportanın adı ilə bağlıdır.Xuan “Barselona”ya prezidentlik etdiyi müddətdə “Arsenal”dan azarkeşlərinin sevimlisi olan Tyeri Anrini, eləcə də Aleksandr Qlebi transfer etmiş, Sesk Fabreqasın da transferinin əsasını qoymuşdu. Bu səbəbdən də Xuan Laporta “Arsenal” azarkeşlərinin qara siyahısında olan insanlardan idi. İndiysə onun oğlu bu komandada çıxış edəcək. /// stadium.az

OXŞAR XƏBƏRLƏR