Prezidentlə görüşən gənclər "İradio"nun canlı efirinə qatıldılar

GƏNCLİK
12:45 22.04.2011
1989

Görüşdə gənclərin ictimai-siyasi fəallığından, sosial problemlərindən, ölkənin gənclər siyasətindən, bu istiqamətdə imzalanmış “Azərbaycan gəncliyi 2011-2015-ci illər Dövlət Proqramı haqqında” Sərəncamının əhəmiyyətindən danışan Prezident gənclərin fikirlərini dinləyib, problemləri ilə tanış olub, gənclərin təşəbbüskarlığının vacibliyini vurğulayıb.

Həmin görüşdə iştirak edən Azərbaycan Tibb Universitetinin tələbəsi Hikmət İsmayılov və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi, Prezident təqaüdçüsü Günay Daşdəmirova bu gün İradionun qonağı olub. Onlar görüş haqda təəsüratlarını bölüşüblər: “Görüşdən çox razı qaldıq, görüşdə çox səmimi ab-hava var idi. Azərbaycanda 3 milyondan çox gənc var. Bu gənclər içindən seçilməmiz bizi çox sevindirdi və fərəhləndirdi”.

Həmçinin Hikmət İsmayılov qeyd edib ki, Prezidentin gəncləri başına toplayıb, onların problemlərini dinləməsi dünyada az rast gəlinəcək gözəl nümunədir.


OXŞAR XƏBƏRLƏR