Prezidentliyə namizəd olmayacağını açıqladı – Baş nazir olacaq
DÜNYA
00:19 11.06.2026
192
Serbiya Prezidenti Aleksandr Vuçiç dövlət başçısı vəzifəsindən istefa verməyi və Baş nazir vəzifəsinə namizədliyini irəli sürməyi düşündüyünü açıqlayıb.
Bu barədə Serbiya rəhbəri "Belqrad Radiosu"nun efirində bildirib.
Serbiya liderinin sözlərinə görə, o, hətta vəzifəsindən üç-dörd aydan tez vəzifəsindən ayrıla bilər.
O, həmçinin qeyd edib ki, hər gün baş nazirliyə namizəd olmaq ehtimalı barədə düşünür.
Qeyd edək ki, Aleksandr Vuçiç ilk dəfə 2017-ci ildə Serbiyanın prezidenti seçilib.