Prezidentliyə namizəd Zahid Oruc mitinq keçirib

Prezidentliyə namizəd Zahid Oruc mitinq keçirib
SİYASƏT
16:40 06.10.2013
3001

Bu gün prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyası çərcivəsində Zahid Oruc seçicilərlə görüş-mitinq keçirir.

AZXEBER.COM xəbər verir ki, tədbir "İnşaatçılar" metro stansiyasının yaxınlığında yerləşən "Məhsul" stadionunda təşkil edilib.

Qeyd edək ki, Zahid Orucun sədr müavini olduğu Ana Vətən partiyasının üzvlərinin razılığı olmadan namizədliyini irəli sürməsi adıçəkilən partiyada rəhbərliyi tərəfindən bir mənalı qarşılanmamışdı.Partiya rəhbərliyində aparılan müzakirələrdən sonra Zahid Orucun "Ana Vətən" partiyasının sıralarından uzaqlaşdırılması qərara alınmışdı.Xatırladaq ki, Azərbaycan Mərkəzi seçki komissiyası 10 nəfərin prezidentliyə namizədliyini təsdiq edib:

Hazırkı dövlət başçısı İlham Əliyev, İqbal Ağazadə ("Ümid" partiyası), Zahid Oruc, Qüdrət Həsənquliyev (BAXCP), Araz Əlizadə (Azərbaycan Sosial Demokrat Partiyası), Fərəc Quliyev, Hafiz Hacıyev ("Müasir Müsavat" Partiyası), Cəmil Həsənli (Milli Şura), İlyas İsmayılov ("Ədalət" Partiyası), Sərdar Cəlaloğlu (Azərbaycan Demokratik Partiyası).

AZXEBER.COM Yurd.TV ilə birgə mitinqdən canlı yayımı təqdim edib.
OXŞAR XƏBƏRLƏR