"Primetime.az" 2 yaşını qeyd edir

"Primetime.az" 2 yaşını qeyd edir
MEDİA
12:40 02.02.2018
1388
Bu gün PrimeTime.Az portalının fəaliyyətə başlamasından 2 il ötür.
 
Sayt 2016-cı ilin bu günündə Park Bulvar AVM-də təşkil olunan xalq konserti ilə açılışını qeyd edib. Həmin gün səhnədə şou-biznesin ən parlaq simaları çıxış edərək bütün komandaya uğurlar diləyiblər.
 
Saytın 1 yaşı isə paytaxtın dəbdəbəli otellərindən birində keçirilib. Xalq artistləri, əməkdar artistlər və müğənnilərin iştirak etdiyi tədbir maraqlı nominasiyaların olduğu mükafatlandırma ilə yadda qalıb.
 
PrimeTime.Az Azərbaycan dilində mədəniyyət, maqazin və sosial xəbərlərini yayımlayan portaldır. Sayt 2015-ci ildə Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyatdan keçsə də, geniş oxucu kütləsi fəaliyyətini 2 fevral 2016-cı il tarixindən izləməkdədir. Sayt qısa müddət ərzində ölkənin tanınmış internet resursları sırasına daxil ola bilib. Portal ölkədə və dünyada baş verən operativ maqazin və mədəniyyət xəbərləri ilə yanaşı, oxucularına maraqlı müsahibələr, fərqli layihələr, materiallar təqdim edir.
 
AZXEBER.COM olaraq həmkarlarımızı təbrik edirik, yeni uğurlar arzulayırıq. 
OXŞAR XƏBƏRLƏR