"Problemlərin fonunda məzuniyyət yada düşmür" - Deputatlar istirahət etməyəcəklərini deyir

SOSİAL
13:55 16.07.2021
954
Azərbaycan parlamentinin üzvləri iyulun 15-dən avqustun 30-dək istirahətdə olacaqlar.

"Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna əsasən, deputatlara məzuniyyətdə olduqları zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət ödənilir.

Bəs millət vəkilləri məzuniyyət günlərini harada və necə keçirir?

Bir neçə deputat mövzu ilə bağlı AZXEBER.COM-un sualını cavablandırıb.

Millət vəkili Razi Nurullayev bildirib ki, məzuniyyət günləri olsa da, o yenə də iş başındadır:

"Məni sosial şəbəkələrdə izləyənlər də bilir ki, mən görüşlər keçirirəm, indi də vacib bir görüş keçirirəm. Dünən də Fransa səfiri ilə görüşmüşəm, ondan öncə də Bolqarıstan səfiri ilə görüşmüşəm. Bu gün isə Koreya səfiri ilə görüşəcəm. Bundan başqa, şəhid ailələrini qəbul edirəm, bu gün də qəbul edəcəm. Yənin inanın ki, mənim o barədə düşünməyə heç vaxtım da olmayıb. Hətta harasa getsəm belə, mənim yenə də telefonum da açıqdır, çünki işlər çoxdur, onlarla məşğul olmalıyam. Bu işləri bir-iki həftə buraxsaq, sonra onun altından çıxmaq olmaz. İstirahət edə-edə də işləmək olar, işləyə-işləyə də istirahət etmək olar”.


Deputat Bəhruz Məhərrəmov isə bildirib ki, deputatın məzuniyyəti əslində formaldır:

"Deputatın məzuniyyəti əslində formaldır. Sadəcə, rəsmi məzuniyyət dövründə plenar və komitə iclaslarımız olmur. 


Araşdırsanız, əksər deputatlar iş başındadır. Şəxsən mənim özümə gəlincə, həm seçicilərdən mütəmadi müraciətlər olur, bu istiqamətdə iş çoxdur, həmçinin, hökumət strukturları ilə müzakirə etməli xeyli məsələlərimiz var. 

Bilirsiniz ki, Biləsuvar rayonunu təmsil edirəm, hazırda rayonda kəndlərimiz var ki, kənddə içməyə bir qurtum su tapmır, bütün kanallar quruyub. Camaat suyu maşınla başqa ərazilərdən gətirir. Pambıq sahələrimizdə susuzluqdan torpaqda 10-15 sm çatlar yaranıb, bəzi fermerlərimiz var ki, müflis olmaq ərəfəsindədir. Belə problemlərin fonunda açığı məzuniyyət yada düşmür. Düzdür, bu məsələlər deputat səlahiyyətinə aid məsələlər deyil, amma ən azından gündəmdə və diqqətdə saxlamağı özümə borc bilirəm. 

Bu mənada hələlik istirahət barədə fikirləşmirəm, köməkçilərimi isə növbəli şəkildə məzuniyyətə buraxacağam”.

Deputat Fazil Mustafa AZXEBER.COM-a açıqlamasında deyib ki, məzuniyyət günlərdə xaricə getmək fikri yoxdur:

"Mən daha çox kitab çalışmaları üzərində işləyirəm. Məşğuliyyətimi daha çox bu cür keçirirəm. Bundan başqa idman edirəm, basketbol ilə məşğul oluram. Ona görə də hələ ki, Bakıdayam. Bəzən ola bilər ki, rayonlara da gedim, amma xaricə getmək fikrim yoxdur”.

Aydın Nuri

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

09:15 24.09.2021

Sabah gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

09:07 24.09.2021

İranın XİN rəhbəri: "Azərbaycanla münasibətlərin inkişafında maraqlıyıq"

03:00 24.09.2021

Dövlət başçısı: "BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gündə icra edildiyi halda, bizə gəldikdə 27 il icra olunmamış qaldı"

02:53 24.09.2021

Prezident: "Zəngəzur dəhlizi regionumuz üçün yeni imkanlar yaradacaq"

02:49 24.09.2021

Dövlət başçısı: "Ermənistan transsərhəd Oxçuçay çayını kəskin şəkildə çirkləndirir"

02:48 24.09.2021

İlham Əliyev: "Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur"

02:46 24.09.2021

İlham Əliyev: "Azad olunmuş ərazilərin 7 200 meqavat günəş enerjisi və 2 000 meqavat külək enerjisi potensialı var"

02:45 24.09.2021

Prezident: "BMT Nizamnaməsinə əsasən, Ermənistan Azərbaycana qarşı ağır cinayətlərə görə məsuliyyət daşımalıdır"

02:42 24.09.2021

Prezident: "Azərbaycan tolerantlıq və sülh şəraitində yaşama nümunəsidir"

02:40 24.09.2021

İlham Əliyev: "Azərbaycanda pandemiya ilə bağlı vəziyyət nəzarətə götürülüb"

23:50 23.09.2021

Hikmət Hacıyev İranın XİN başçısının müavini ilə görüşüb - FOTO

23:20 23.09.2021

Həkim-pediatr: “Koronavirusdan sağalan uşaqlarda çoxsistemli iltihab sindromuna daha çox rast gəlinir”

23:05 23.09.2021

Azərbaycan Ermənistanı Beynəlxalq Ədliyyə Məhkəməsinə verdi

22:55 23.09.2021

Husilər Yəmənin bir əyalətini nəzarətə götürüblər

22:38 23.09.2021

Medianın İnkişafı Agentliyində görüş keçirilib - Fotolar

22:31 23.09.2021

BMT-nin Əfqanıstana yardım missiyasının rəhbəri Kabilə qayıdıb