"Problemlərin fonunda məzuniyyət yada düşmür" - Deputatlar istirahət etməyəcəklərini deyir

SOSİAL
13:55 16.07.2021
975
Azərbaycan parlamentinin üzvləri iyulun 15-dən avqustun 30-dək istirahətdə olacaqlar.

"Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna əsasən, deputatlara məzuniyyətdə olduqları zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət ödənilir.

Bəs millət vəkilləri məzuniyyət günlərini harada və necə keçirir?

Bir neçə deputat mövzu ilə bağlı AZXEBER.COM-un sualını cavablandırıb.

Millət vəkili Razi Nurullayev bildirib ki, məzuniyyət günləri olsa da, o yenə də iş başındadır:

"Məni sosial şəbəkələrdə izləyənlər də bilir ki, mən görüşlər keçirirəm, indi də vacib bir görüş keçirirəm. Dünən də Fransa səfiri ilə görüşmüşəm, ondan öncə də Bolqarıstan səfiri ilə görüşmüşəm. Bu gün isə Koreya səfiri ilə görüşəcəm. Bundan başqa, şəhid ailələrini qəbul edirəm, bu gün də qəbul edəcəm. Yənin inanın ki, mənim o barədə düşünməyə heç vaxtım da olmayıb. Hətta harasa getsəm belə, mənim yenə də telefonum da açıqdır, çünki işlər çoxdur, onlarla məşğul olmalıyam. Bu işləri bir-iki həftə buraxsaq, sonra onun altından çıxmaq olmaz. İstirahət edə-edə də işləmək olar, işləyə-işləyə də istirahət etmək olar”.


Deputat Bəhruz Məhərrəmov isə bildirib ki, deputatın məzuniyyəti əslində formaldır:

"Deputatın məzuniyyəti əslində formaldır. Sadəcə, rəsmi məzuniyyət dövründə plenar və komitə iclaslarımız olmur. 


Araşdırsanız, əksər deputatlar iş başındadır. Şəxsən mənim özümə gəlincə, həm seçicilərdən mütəmadi müraciətlər olur, bu istiqamətdə iş çoxdur, həmçinin, hökumət strukturları ilə müzakirə etməli xeyli məsələlərimiz var. 

Bilirsiniz ki, Biləsuvar rayonunu təmsil edirəm, hazırda rayonda kəndlərimiz var ki, kənddə içməyə bir qurtum su tapmır, bütün kanallar quruyub. Camaat suyu maşınla başqa ərazilərdən gətirir. Pambıq sahələrimizdə susuzluqdan torpaqda 10-15 sm çatlar yaranıb, bəzi fermerlərimiz var ki, müflis olmaq ərəfəsindədir. Belə problemlərin fonunda açığı məzuniyyət yada düşmür. Düzdür, bu məsələlər deputat səlahiyyətinə aid məsələlər deyil, amma ən azından gündəmdə və diqqətdə saxlamağı özümə borc bilirəm. 

Bu mənada hələlik istirahət barədə fikirləşmirəm, köməkçilərimi isə növbəli şəkildə məzuniyyətə buraxacağam”.

Deputat Fazil Mustafa AZXEBER.COM-a açıqlamasında deyib ki, məzuniyyət günlərdə xaricə getmək fikri yoxdur:

"Mən daha çox kitab çalışmaları üzərində işləyirəm. Məşğuliyyətimi daha çox bu cür keçirirəm. Bundan başqa idman edirəm, basketbol ilə məşğul oluram. Ona görə də hələ ki, Bakıdayam. Bəzən ola bilər ki, rayonlara da gedim, amma xaricə getmək fikrim yoxdur”.

Aydın Nuri

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:08 17.10.2021

“Uşaq-muşağa fəxri ad, bizə isə işgəncə verib sənətdən küsdürürlər, günahdır, utanmırsınız?”

23:04 17.10.2021

Qurban Qurbanov: "Hər oyuna belə motivasiya, istəklə çıxmaq istəyirik"

22:57 17.10.2021

Polşada zəlzələ baş verdi

22:38 17.10.2021

Bir sıra müsəlman ölkələrində Məhəmməd peyğəmbərin mövlud günü qeyd edilir

22:28 17.10.2021

Əfqanıstanda yaşayış binasının damının uçması nəticəsində 6 nəfər öldü

22:10 17.10.2021

"ABŞ Dağlıq Qarabağı öz forpostu kimi görmək istəyərdi" - Rusiyalı ekspert

21:59 17.10.2021

Böyük Dəbilqə: Azərbaycan cüdoçuları 1 qızıl, 1 bürünc medalla 4-cü yeri tutub

21:39 17.10.2021

ABŞ-da universitetdə atışma olub, ölən və xəsarət alanlar var

21:24 17.10.2021

Qətərin Baş nazirinin müavini və xarici işlər naziri Azərbaycana rəsmi səfərə gəlir

21:07 17.10.2021

Azərbaycanın Birinci vitse-prezidenti Vətən Müharibəsi Qəhrəmanları ilə görüşdü

20:50 17.10.2021

Biz qeyri-bərabər savaşa, qeyri-bərabər mübarizəyə hər an hazırıq, ölümə getməyə hazırıq - Prezident

20:40 17.10.2021

Türkiyənin Gürcüstandakı səfiri: “Türkiyə güclənən Azərbaycanla qürur duyur”

20:26 17.10.2021

İranın Baş Qərargah rəisinin Rusiyaya səfəri başladı

20:14 17.10.2021

Prezident: “Biz öz ləyaqətimizi, qürurumuzu, müstəqilliyimizi heç kimə güzəştə getməyəcəyik”

20:08 17.10.2021

Bill Klinton xəstəxanadan evə buraxıldı

19:16 17.10.2021

Türkiyə hərbçiləri PKK-nın daha 5 terrorçusunu zərərsizləşdirdi