Professor Eldar İsmayılov vəfat etdi

Professor Eldar İsmayılov vəfat etdi
Bütün Xəbərlər
20:00 10.03.2014
1062

Bakı Dövlət Universitetinin slavyan xalqları tarixi kafedrasının professoru 64 yaşında dünyasını dəyişib

Bakı Dövlət Universitetinin slavyan xalqları tarixi kafedrasının professoru, Vətəndaş Cəmiyyəti Uğrunda ictimai təşkilatının rəhbəri Eldar İsmayılov vəfat edib.
Bu barədə mərhumun yaxınları məlumat veriblər.
Eldar İsmayılov 1950-ci il, martın 30-da Bakıda anadan olub. 1973-cü ildə Moskva Dövlət Universitetini bitirib və aspiranturaya daxil olub. 1992-ci ildə professor olub. 1990-1994-cü illərdə BDU-nun tarix fakultəsinin dekanı işləyib. 1997-ci ildən bu yana kimi universitetdə işlə yanaşı Vətəndaş Cəmiyyəti Uğrunda adlı QHT-yə də rəhbərlik edirdi. E.İsmayılovun təşkilatı Azərbaycanda seçkilərin monitorinqi ilə məşğul olurdu.(virtualaz.org)
OXŞAR XƏBƏRLƏR