Professor Mirzə Qurbanov vəfat edib

Professor Mirzə Qurbanov vəfat edib
SOSİAL
22:12 10.07.2025
1107
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda "Polimer nano və aktiv kompozitlər fizikası” laboratoriyasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Mirzə Qurbanov vəfat edib.

AZXEBER.COM "Report”a istnadən xəbər verir ki, Mirzə Əbdül oğlu Qurbanov 1941-ci il iyunun 20-də Lənkəran rayonunun Tütəpeştə kəndində anadan olub. 1964-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakültəsini müvəffəqiyyətlə bitirib. 1967-ci ildə Elmlər Akademiyasının Fizika İnstitutunda böyük mühəndis vəzifəsində işləməyə başlayıb. 1968-ci ildə həmin İnstitutun aspiranturasına qəbul olan M.Qurbanov sonralar Y.V. Kurçatov adına Moskva Atom Enerjisi İnstitutuna ezam edilib. 1974-cü ildə Azərbaycan Dövlət Universitetində "Dielektriklərlə məhdudlaşdırılmış qaz aralığında elektrik boşalmaların tədqiqi” mövzusunda dissertasiya müdafiə edərək "Eksperimental fizika” ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə yüksəlib.

O, dielektriklərdə istiliyin və güclü elektrik sahəsinin birgə təsiri şəraitində əvvəlcədən polyarlaşdırılmış polimer kompozitlərdə elektrik, istilikfiziki, elektromexaniki effektlərin və termostimullaşdırılmış cərəyan spektrlərinin yaranma mexanizmini tədqiq etməyə imkan verən cihazın yaradılmasına görə 1980-ci ildə SSRİ xalq təsərrüfatı nailiyyətləri sərgisinin bürünc medalına layiq görülüb.

1985-ci ildə "Dielektriklərin və yarımkeçiricilərin fizikası” ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edib. 1993-cü ildə fizika-riyaziyyat elmləri doktoru professor adını alıb.

2015-ci ildə AMEA-nın 70 illik yubileyi ilə əlaqədar uzunmüddətli elmi və elmi-təşkilatı fəaliyyəti nəzərə alınaraq professor Fəxri Fərmanla təltif edilib.

2017-ci ildə Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqı tərəfindən "İlin nüfuzlu ziyalısı” Ali media mükafatına layiq görülüb. M.Qurbanov elmi fəaliyyətinə görə beynəlxalq aləmdə tanınıb və Nobel mükafatına dəvət olunub.

M.Qurbanovun və mərhum yoldaşı Məfkurə xanımın 2 övladı, 4 nəvəsi yadigar qalıb.

Elm və təhsil sahəsindəki xidmətləri ilə tanınan, səmimiyyəti, qayğıkeşliyi və nəcibliyi ilə də fərqlənən M.Qurbanovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq!

Allah rəhmət eləsin!
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Macarıstanın Baş naziri Orbanın BMT rəhbərliyinə namizədliyini sərt tənqid edib
00:14 30.10.2026
Macarıstanın Baş naziri Orbanın BMT rəhbərliyinə namizədliyini sərt tənqid edib
Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video
00:12 30.10.2026
Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video
Bu ərazilərdə işıq olmayacaq
00:06 30.10.2026
Bu ərazilərdə işıq olmayacaq
Bakıda yük avtomobilinin törətdiyi qəzadan sonra hərəkət bərpa olunub - YENİLƏNİB
00:02 30.10.2026
Bakıda yük avtomobilinin törətdiyi qəzadan sonra hərəkət bərpa olunub - YENİLƏNİB
Bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
00:00 30.10.2026
Bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
Faciəli şəkildə ölən şagirdin həyatı ilə bağlı yeni faktlar: "O qadın anası deyildi" - Video
23:56 29.10.2026
Faciəli şəkildə ölən şagirdin həyatı ilə bağlı yeni faktlar: "O qadın anası deyildi" - Video
Bank kartlarına tətbiq edilən limitlər artırıla bilər - VİDEO
23:52 29.10.2026
Bank kartlarına tətbiq edilən limitlər artırıla bilər - VİDEO
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
23:51 29.10.2026
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Sumqayıtda “Nissan” alışıb yandı - Video
23:42 29.10.2026
Sumqayıtda “Nissan” alışıb yandı - Video
Tovuzda yaşayış evində 50 yaşlı kişinin meyiti aşkarlanıb
23:33 29.10.2026
Tovuzda yaşayış evində 50 yaşlı kişinin meyiti aşkarlanıb
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib - FOTOLAR
23:24 29.10.2026
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib - FOTOLAR
Kredit götürənlərə ŞAD XƏBƏR - AÇIQLAMA
23:12 29.10.2026
Kredit götürənlərə ŞAD XƏBƏR - AÇIQLAMA
Maliyyə Nazirliyində yoxlama: Leysan Məmmədov vəzifəsindən azad edildi
23:09 29.10.2026
Maliyyə Nazirliyində yoxlama: Leysan Məmmədov vəzifəsindən azad edildi
Almaniya Rusiya və Belarusu izləmək üçün Litvada xüsusi hərbi sistemlər yerləşdirəcək
23:03 29.10.2026
Almaniya Rusiya və Belarusu izləmək üçün Litvada xüsusi hərbi sistemlər yerləşdirəcək
Hikmət Hacıyev "AnewZ"un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb
22:49 29.10.2026
Hikmət Hacıyev "AnewZ"un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb
Putin: Rusiya Avropa ilə münasibətlərin bərpasına yönəlmiş istənilən addımı dəstəkləyir
22:38 29.10.2026
Putin: Rusiya Avropa ilə münasibətlərin bərpasına yönəlmiş istənilən addımı dəstəkləyir