Prokuror "Arzum"a cəza istədi - 5 il 9 ay

Prokuror "Arzum"a cəza istədi - 5 il 9 ay
SOSİAL
11:02 18.06.2026
530
Yol qəzasında bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən "Arzum 999" ləqəbli tiktoker İlduzə Hacıyevanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

AZXEBER.COM Unikal.az-a istinadla xəbər verir ki, Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb.

Dövlət ittihamçısı Nərmin Tahirzadə ittiham nitqi ilə çıxış edərək məhkəməyə İlduzə Hacıyevanın 5 il 9 ay müddətinə azadlıqdan məhrum edilməklə məhkəmə zalından həbs olunmasını təklif edib.
 
Proses çıxışlarla davam edir.

OXŞAR XƏBƏRLƏR