Prokuror Cabbar Savalanın 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib

Bütün Xəbərlər
13:06 03.05.2011
1779

Vəkil Əsabəli Mustafayevin APA-ya verdiyi xəbərə görə, prosesdə cinayət işini araşdıran müstəntiq Ziyadxan Əliyev və Cabbar Savalan barəsində tibbi ekspertizanı verən həkim ifadə veriblər. Daha sonra məhkəmə istintaqının yekunlaşması barədə qərar qəbul edilib. Dövlət ittihamçısı çıxış edərək, Cabbar Savalanın 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Müdafiə tərəfi çıxış üçün vaxt istədiyindən proses mayın 4-nə təxirə salınıb. 

Qeyd edək ki, Sumqayıt Dövlət Universiteti tarix fakültəsinin II kurs tələbəsi, AXCP Gənclər Komitəsinin üzvü olan C. Savalan bu il fevralın 5-də Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi açılıb. Fevralın 7-də isə onun barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib və 3 saylı İstintaq Təcridxanasına köçürülüb.

 

OXŞAR XƏBƏRLƏR