Prokuror Əli Əliyevə 4 il cəza istədi

Prokuror Əli Əliyevə 4 il cəza istədi
SİYASƏT
13:06 22.11.2022
335
Prokuror Vətəndaş İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyevin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

"Report” xəbər verir ki, bu barədə dövlət ittihamçısı Sabunçu Rayon Məhkəməsinin hakimi Anar Rzayevin sədrliyi ilə keçirilən prosesdə elan edib.

İttihama görə, Ə.Əliyev onunla eyni kamerada saxlanılan başqa bir dustağı döyərək xəsarət yetirib. Partiya sədrinə qarşı Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma - ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, VİP sədri Ə.Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-ya məxsus "Mi-17” tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun xüsusi ittiham qaydasında şikayəti əsasında Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq 5 ay müddətinə azadlıqdan məhrum olunub.

Daha sonra R.Ədilovun şikayəti əsasında Yasamal Rayon Məhkəməsinin qərarına görə, Ə.Əliyevə 5 ay həbs cəzası təyin olunub. Təqsirləndirilən şəxs barəsində əvvəlki cəza müddəti ilə hazırkı cəza qismən toplanaraq ümumilikdə 6 ay azadlıqdan məhrum etmə cəzası seçilib.

VİP sədri sonuncu dəfə isə YAP-ın Binəqədi Rayon Təşkilatının sabiq sədri Ramiz Göyüşovun şikayəti əsasında məhkəməyə verilib.

Ə.Əliyev Cinayət Məcəlləsinin 148 (təhqir) maddəsi ilə təqsirli bilinərək 6 ay azadlıqdan məhrum edilib. Onun əvvəlki cəzaları birləşdirilib yekun olaraq 1 il azadlıqdan məhrumetmə cəzası təyin olunub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dövlət xidmətləri "myGov"da birləşdirilir - Sistemin üstünlükləri nələrdir?
17:57 03.07.2026
Dövlət xidmətləri "myGov"da birləşdirilir - Sistemin üstünlükləri nələrdir?
Azərbaycanda yol hərəkəti qaydaları dünya praktikasından nə ilə fərqlənir? - Rəylər
17:47 03.07.2026
Azərbaycanda yol hərəkəti qaydaları dünya praktikasından nə ilə fərqlənir? - Rəylər
Hava ilə bağlı xəbərdarlıq - Leysan yağacaq, dolu düşəcək
17:32 03.07.2026
Hava ilə bağlı xəbərdarlıq - Leysan yağacaq, dolu düşəcək
Dənizdə batan arzular
17:23 03.07.2026
Dənizdə batan arzular
Bakıda 3 marşrutun hərəkət istiqaməti dəyişdirilir
17:21 03.07.2026
Bakıda 3 marşrutun hərəkət istiqaməti dəyişdirilir
"Rəqəmsal inkişaf sahəsində strateji baxış vahid idarəetmə modeli çərçivəsində əlaqələndirilir"
17:15 03.07.2026
"Rəqəmsal inkişaf sahəsində strateji baxış vahid idarəetmə modeli çərçivəsində əlaqələndirilir"
Sumqayıtda dəniz faciəsi: Bir nəfər öldü, biri xilas edildi
17:12 03.07.2026
Sumqayıtda dəniz faciəsi: Bir nəfər öldü, biri xilas edildi
Kapital Bank ölkənin ən böyük xidmət şəbəkəsinə malik bankdır
16:46 03.07.2026
Kapital Bank ölkənin ən böyük xidmət şəbəkəsinə malik bankdır
Vüqar Novruzov 655 bal toplayan şəhid övladı ilə görüşdü - FOTOLAR
16:44 03.07.2026
Vüqar Novruzov 655 bal toplayan şəhid övladı ilə görüşdü - FOTOLAR
Xaricdə təhsil alanlara niyə tələbə krediti verilmir? - AÇIQLAMA
16:31 03.07.2026
Xaricdə təhsil alanlara niyə tələbə krediti verilmir? - AÇIQLAMA
Magistraturada yenə 99 bal topladı: "Bu nəticəni gözləyirdim"
16:23 03.07.2026
Magistraturada yenə 99 bal topladı: "Bu nəticəni gözləyirdim"
Abşeronda oğurluq edən 3 nəfər saxlanıldı
15:58 03.07.2026
Abşeronda oğurluq edən 3 nəfər saxlanıldı
“Süni intellekt və rəqəmsallaşmanın birgə aparılması təhsilə böyük töhfə verəcək”
15:34 03.07.2026
“Süni intellekt və rəqəmsallaşmanın birgə aparılması təhsilə böyük töhfə verəcək”
Dünyada hava kəskin dəyişir – İsti, quraqlıq və leysanlarla bağlı xəbərdarlıq edildi
15:32 03.07.2026
Dünyada hava kəskin dəyişir – İsti, quraqlıq və leysanlarla bağlı xəbərdarlıq edildi
“Açıq Səma Altında Ağ Pərdə” layihəsi uğurla başa çatdı - FOTOLAR
15:19 03.07.2026
“Açıq Səma Altında Ağ Pərdə” layihəsi uğurla başa çatdı - FOTOLAR
Azərbaycan rəsmiləri Xamenei ilə vida mərasimində - Video
14:59 03.07.2026
Azərbaycan rəsmiləri Xamenei ilə vida mərasimində - Video