“Prezident İlham Əliyev xalqımızı çox böyük təhlükələrdən qorumağı bacarıb” - Elman Nəsirov

“Prezident İlham Əliyev xalqımızı çox böyük təhlükələrdən qorumağı bacarıb” - Elman Nəsirov
SİYASƏT
13:49 03.07.2026
237
Prezident İlham Əliyevin indiyə qədər həyata keçirdiyi siyasətin əsas prioritetini dövlətin və xalqın maraqlarının qorunması təşkil edib. Milli maraqların qətiyyətlə müdafiəsi, ölkənin təhlükəsizliyinin və sabitliyinin təmin olunması, iqtisadi inkişafın davamlı şəkildə gücləndirilməsi, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması dövlət başçısının fəaliyyətinin əsas istiqamətləridir. 

Eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi, güclü ordu quruculuğu və müstəqil xarici siyasət kursu Prezident İlham Əliyevin uğurlu liderliyinin göstəricisidir.

Elə Medianın İnkişafı Agentliyinin (MEDİA) apardığı sorğunun nəticələri də İlham Əliyevin uğurlu siyasətini bir daha ortaya qoyur. Sorğunun nəticələri Prezident İlham Əliyevin siyasi liderliyinə və strateji fəaliyyətinə ictimai dəstəyin yüksək səviyyədə olduğunu göstərib.

Sorğunun nəticələrinə əsasən, Prezident İlham Əliyevə respondentlərin etimad səviyyəsi ümumilikdə 87.7 faiz təşkil edir. Bu göstərici ölkədə hər 10 nəfərdən təxminən 9-nun Prezident İlham Əliyevə etimad etdiyini təsdiq edir. Rəy sorğusunun nəticələrinə əsasən, respondentlərin 93.6 faizi Prezidentin fəaliyyətini müsbət qiymətləndirir.

Milli Məclisin deputatı Elman Nəsirov AZXEBER.COM-a açıqlamasında deyib ki, Azərbaycan çətin, lakin şərəfli yolu seçib:

"Sorğunun nəticələrinə əsasən, əgər növbəti bazar günü ölkəmizdə prezident seçkiləri keçirilsəydi, seçicilərin 91,5 faizi məhz cənab İlham Əliyevi növbəti dəfə Prezident kürsüsündə görmək istəyərdi. Prezidentə olan etimad cənab İlham Əliyevin müstəqil siyasət həyata keçirməsi, xalqın milli maraqlarına söykənən siyasi kurs yürütməsidir. Prezidentin də qeyd etdiyi kimi, ən asanı hansısa böyük dövlətin və ya beynəlxalq təşkilatın qanadı altına sığınaraq fəaliyyət göstərməkdir. Lakin biz bu yolu seçmədik, çünki bu, təhlükəli yoldur. Dünyada heç nə qarşılıqsız deyil. Əgər hansısa qüvvələr səni öz qanadları altına alıb dəstək verirlərsə, deməli, sabah istədikləri zaman Azərbaycanı arzuolunmaz addımlara cəlb edə bilərlər.
Biz isə çətin, lakin şərəfli yolu seçdik. Bu yol müstəqillik yoludur. Müstəqil dövlətin maraqlarına uyğun siyasət formalaşdırmışıq. Bunun nəticəsində heç kimdən siyasi və ya maliyyə baxımından asılılığımız yoxdur”.

Deputat deyib ki, İlham Əliyevin beynəlxalq aləmdə nüfuzu olduqca böyükdür:

"Bu gün Azərbaycan Prezidentinin beynəlxalq aləmdə nüfuzu olduqca böyükdür. Çünki son onilliklər ərzində heç bir dövlət liderinə nəsib olmayıb ki, pozulmuş ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa etsin. Məhz Prezident cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində yenilməz Ordumuz Ali Baş Komandanın rəhbərliyi və "Dəmir yumruq” ətrafında sıx birləşmiş xalqımızın dəstəyi ilə tarix yazdı, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam şəkildə təmin etdi. Bu tarixi qələbənin üç əsas qəhrəmanı var: Ali Baş Komandan cənab İlham Əliyev, onun formalaşdırdığı yenilməz ordu və "Dəmir yumruq” ətrafında birləşmiş Azərbaycan xalqı. O "Dəmir yumruq” həm xalqımızın birliyinin, həm də gücünün rəmzidir. Bu gün Prezident deyiləndə ordu, xalq yada düşür. Ordu deyiləndə Prezident və xalq yada düşür. Bu, tarixdə analoqu olmayan, unikal bir birlik nümunəsidir”. 

Parlamentari qeyd edib ki, Azərbaycan xalqı öz Prezidentinin ətrafında möhkəm şəkildə birləşib:

"Azərbaycan xalqı öz Prezidentinin ətrafında möhkəm şəkildə birləşib. Çünki Prezident xalqımızı çox böyük təhlükələrdən qorumağı bacarıb. O, atdığı addımlarla Azərbaycan dövlətinə və xalqına başucalığı gətirir. Cənab Prezidentin qazandığı bütün uğurların kökündə Ulu öndər Heydər Əliyev siyasətinə sadiqlik dayanır. Prezident çox sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarını düzgün qiymətləndirərək ona çeviklik, yenilik və kreativ yanaşma gətirir. Azərbaycanın sözünün çəkisi və nüfuzu böyükdür. Xalqımız yaxşı bilir ki, Azərbaycanın beynəlxalq aləmdə sözünün çəkisinin artması məhz cənab İlham Əliyevin misilsiz fəaliyyəti, uğurlu daxili və xarici siyasəti ilə bağlıdır”.

E.Nəsirov qeyd edib ki, İlham Əliyev xoşbəxt Prezidentdir:

"Azərbaycan Prezidenti cənab İlham Əliyev xoşbəxt Prezidentdir. Çünki o, Heydər Əliyevin vəsiyyətlərini icra edib. 
O, dövlət qarşısında duran tarixi missiyasını uğurla yerinə yetirib və eyni zamanda xalqının sonsuz sevgisini və etimadını qazanıb”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır
14:51 03.07.2026
Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır
Aqrar sektorla təhsil sahəsinin əməkdaşlığı müzakirə edildi
14:41 03.07.2026
Aqrar sektorla təhsil sahəsinin əməkdaşlığı müzakirə edildi
Sabunçu rayonunda 19 kiloqramdan artıq marixuana aşkarlandı
14:40 03.07.2026
Sabunçu rayonunda 19 kiloqramdan artıq marixuana aşkarlandı
İCMA və Marsol Group-dan Şimali Kipr naziri ilə görüş - FOTOLAR
14:38 03.07.2026
İCMA və Marsol Group-dan Şimali Kipr naziri ilə görüş - FOTOLAR
“Kristal” beynəlxalq tərəfdaşlıqlarını genişləndirir: “Florim” ilə memorandum imzalandı
14:34 03.07.2026
“Kristal” beynəlxalq tərəfdaşlıqlarını genişləndirir: “Florim” ilə memorandum imzalandı
Milli suverenliyin texnoloji dayaqları: Azərbaycanın yeni inkişaf mərhələsi
14:31 03.07.2026
Milli suverenliyin texnoloji dayaqları: Azərbaycanın yeni inkişaf mərhələsi
İran Ordu Komandanından sərt mesaj: "Qisasını alacağıq"
14:18 03.07.2026
İran Ordu Komandanından sərt mesaj: "Qisasını alacağıq"
İlqarə Kazımovadan növbəti yenilik - VİDEO
14:16 03.07.2026
İlqarə Kazımovadan növbəti yenilik - VİDEO
“Prezident İlham Əliyev xalqımızı çox böyük təhlükələrdən qorumağı bacarıb” - Elman Nəsirov
13:49 03.07.2026
“Prezident İlham Əliyev xalqımızı çox böyük təhlükələrdən qorumağı bacarıb” - Elman Nəsirov
“Heç bir barışıq olmayacaq, cəzanın artırılmasını istəyirik” - Amalın bacısı
13:47 03.07.2026
“Heç bir barışıq olmayacaq, cəzanın artırılmasını istəyirik” - Amalın bacısı
Quba Palace Hotel beynəlxalq qolf turnirinə ev sahibliyi edəcək
13:32 03.07.2026
Quba Palace Hotel beynəlxalq qolf turnirinə ev sahibliyi edəcək
Universitet məzunları niyə iş tapa bilmir? - İş elanlarındakı təcrübə tələbi narazılıq yaradır
13:29 03.07.2026
Universitet məzunları niyə iş tapa bilmir? - İş elanlarındakı təcrübə tələbi narazılıq yaradır
BBC-dən “instagram”la bağlı şok iddia - Uşaq istismarı…
13:17 03.07.2026
BBC-dən “instagram”la bağlı şok iddia - Uşaq istismarı…
Rusiyada benzin böhranı dərinləşir: Novorossiyskdə yanacaq yoxdur
12:57 03.07.2026
Rusiyada benzin böhranı dərinləşir: Novorossiyskdə yanacaq yoxdur
Hikmət Hacıyev amerikalı professorla regional məsələləri müzakirə edib
12:54 03.07.2026
Hikmət Hacıyev amerikalı professorla regional məsələləri müzakirə edib
TuranBank Xəzər sahilində genişmiqyaslı təmizlik aksiyası keçirdi - FOTOLAR
12:47 03.07.2026
TuranBank Xəzər sahilində genişmiqyaslı təmizlik aksiyası keçirdi - FOTOLAR