“Vətəndaşların əksəriyyəti problemlərinin həlli ilə bağlı ən çox Prezidentə ümid edir” - Partiya sədri

“Vətəndaşların əksəriyyəti problemlərinin həlli ilə bağlı ən çox Prezidentə ümid edir” - Partiya sədri
SİYASƏT
12:35 03.07.2026
239
Xəbər verdiyimiz kimi, Medianın İnkişafı Agentliyinin (MEDİA) keçirdiyi sorğunun nəticələrinə əsasən, Prezident İlham Əliyevə rəyi soruşulanların 87,7 faizi etimad göstərdiyini bildirib. 

Sorğu iştirakçılarının 93,6 faizi dövlət başçısının fəaliyyətini müsbət qiymətləndirib, 81,9 faizi isə onu alternativsiz siyasi lider hesab etdiyini qeyd edib.

AZXEBER.COM mövzu ilə bağlı Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayevin mövqeyini öyrənib.

Deputat bildirib ki, vətəndaşların əksəriyyəti problemlərinin həlli ilə bağlı ən çox Prezidentə ümid edir:

"Sorğunun nəticələri cəmiyyətin böyük hissəsinin Prezident İlham Əliyevə etimad göstərdiyini nümayiş etdirir. Müxalifət olaraq biz bu reallığı qəbul edirik və insanların iradəsinə hörmətlə yanaşırıq. Seçicilərlə keçirdiyim çoxsaylı görüşlər də göstərir ki, vətəndaşların əksəriyyəti problemlərinin həlli ilə bağlı ən çox Prezidentə ümid edir və əsas gözləntilərini onun fəaliyyəti ilə əlaqələndirir”.

Razi Nurullayev hesab edir ki, bu etimad və gözlənti daha böyük məsuliyyət yaradır:

"İnsanların etimadını doğrultmaq üçün sosial rifahın yüksəldilməsi, məşğulluğun artırılması, gəlirlərin artması, sahibkarlıq mühitinin yaxşılaşdırılması, ədalətli idarəetmənin gücləndirilməsi və vətəndaşları narahat edən gündəlik problemlərin həlli istiqamətində daha intensiv və sistemli iş aparılmalıdır. 

Əlbəttə, proqramlar qəbul edilir, işlər görülür, dövlət başçısı səviyyəsində siyasi iradə də var. Cəmiyyətin əsas gözləntisi də məhz aparılan siyasətin konkret nəticələrə çevrilməsidir”.
 
Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Quba Palace Hotel beynəlxalq qolf turnirinə ev sahibliyi edəcək
13:32 03.07.2026
Quba Palace Hotel beynəlxalq qolf turnirinə ev sahibliyi edəcək
Universitet məzunları niyə iş tapa bilmir? - İş elanlarındakı təcrübə tələbi narazılıq yaradır
13:29 03.07.2026
Universitet məzunları niyə iş tapa bilmir? - İş elanlarındakı təcrübə tələbi narazılıq yaradır
BBC-dən “instagram”la bağlı şok iddia - Uşaq istismarı…
13:17 03.07.2026
BBC-dən “instagram”la bağlı şok iddia - Uşaq istismarı…
Rusiyada benzin böhranı dərinləşir: Novorossiyskdə yanacaq yoxdur
12:57 03.07.2026
Rusiyada benzin böhranı dərinləşir: Novorossiyskdə yanacaq yoxdur
Hikmət Hacıyev amerikalı professorla regional məsələləri müzakirə edib
12:54 03.07.2026
Hikmət Hacıyev amerikalı professorla regional məsələləri müzakirə edib
TuranBank Xəzər sahilində genişmiqyaslı təmizlik aksiyası keçirdi - FOTOLAR
12:47 03.07.2026
TuranBank Xəzər sahilində genişmiqyaslı təmizlik aksiyası keçirdi - FOTOLAR
AccessBank Qarabağda qadın sahibkarlar üçün maarifləndirici təlim keçirib
12:42 03.07.2026
AccessBank Qarabağda qadın sahibkarlar üçün maarifləndirici təlim keçirib
“Vətəndaşların əksəriyyəti problemlərinin həlli ilə bağlı ən çox Prezidentə ümid edir” - Partiya sədri
12:35 03.07.2026
“Vətəndaşların əksəriyyəti problemlərinin həlli ilə bağlı ən çox Prezidentə ümid edir” - Partiya sədri
104 azərbaycanlı Macarıstanda təhsil almaq hüququ qazandı
12:33 03.07.2026
104 azərbaycanlı Macarıstanda təhsil almaq hüququ qazandı
Bakıda marşrut avtobusu ağaca çırpıldı, 11 nəfər yaralandı - Video
12:20 03.07.2026
Bakıda marşrut avtobusu ağaca çırpıldı, 11 nəfər yaralandı - Video
“Arzum məhkəmənin qərarından narazıdır, apellyasiya şikayəti verəcəyik” - Vəkili danışdı
12:09 03.07.2026
“Arzum məhkəmənin qərarından narazıdır, apellyasiya şikayəti verəcəyik” - Vəkili danışdı
Pezeşkian Paşinyanla görüşdü
12:06 03.07.2026
Pezeşkian Paşinyanla görüşdü
Eldar Əzizov yeni rəis təyin etdi
12:05 03.07.2026
Eldar Əzizov yeni rəis təyin etdi
Hərbçimiz futbol oynayan zaman öldü
12:04 03.07.2026
Hərbçimiz futbol oynayan zaman öldü
İrandan ABŞ-yə sərt xəbərdarlıq: Hörmüz boğazına müdaxiləyə icazə verməyəcəyik
11:50 03.07.2026
İrandan ABŞ-yə sərt xəbərdarlıq: Hörmüz boğazına müdaxiləyə icazə verməyəcəyik
İlham Əliyev Lukaşenkonu təbrik etdi
11:37 03.07.2026
İlham Əliyev Lukaşenkonu təbrik etdi