Prokuror köməkçisi həbs edildi

Prokuror köməkçisi həbs edildi
Bütün Xəbərlər
17:53 18.04.2012
1798

Azərbaycanda prokurorluq işçisi saxlanılıb. Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından bildirilib.

Məlumata görə, Füzuli rayon prokurorunun köməkçisi Mövsümov Çingiz İsmayıl oğlu vəzifə səlahiyyətlərini aşmaqda və korrupsiyada ittiham olunur. Ç. Mövsümov Baş Prokurorluqda aparılan cinayət işi ilə əlaqədar saxlanılıb.Füzuli Rayon Prokurorluğundan APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, Ç. Mövsümov bir müddət əvvəl tutduğu vəzifədən uzaqlaşdırılıb. Onun saxlanılmasının təfərrüatları barədə isə əlavə açıqlama verilməyib.

OXŞAR XƏBƏRLƏR