Prokuror Yunusların məhkəməyə gəlmələrini tələb etdi

Prokuror Yunusların məhkəməyə gəlmələrini tələb etdi
SİYASƏT
14:43 19.04.2017
1017

Bu gün Bakı Apelyasiya Məhkəməsində Leyla Yunus və həyat yoldaşı Arif Yunusun barələrində hökmdən verilmiş şikayət üzrə məhkəmə prosesi keçirilib.

Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Yunusların vəkili Elçin Sadıqov hakimdən cinayət işində olan sənədlərin surətini istəyib. Vəkil bildirib ki, həmin sənədlər 300 səhifədən ibarətdir və onlarla tanış olmaq istəyir.

Dövlət ittihamçısı Abbas Abbaslı isə bildirib ki, Ali Məhkəmə öz qərarında apelyasiya baxışında məhkəmə istintaqının zəruriliyini qeyd edib. Məhkəmə istintaqı aparıldığı halda, onların özlərinin iştirakı məqsədəmüvafiqdir. Dövlət ittihamçısı həm L.Yunusun, həm də A.Yunusun məhkəmədə iştirak etməsini tələb edib.

Məhkəmə vəkilin vəsatətini təmin edib və sənədlərin ona verilməsi qərara alınıb. Sənədlərin vəkilə verilməsinin təmin edilməsi üçün proses mayın 3-dək təxirə salınıb.

 

Qeyd edək ki, prokurorun Arif və Leyla Yunusların məhkəməyə gətirilməsi barədə tələbinə növbəti prosesdə baxılacaq.

Xatırladaq ki, ötən ilin dekabrın 27-də Ali Məhkəmədə Leyla Yunus və Arif Yunusun işi üzrə Bakı Apelyasiya Məhkəməsinin 9 dekabr 2015-ci il tarixli qərarı ləğv edilib və işin yenidən apelyasiya instansiyasında baxılması qərara alınıb. Leyla Yunus Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə), 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci il tarixli hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin məhkəmə onların əmlakının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq dövlətin hesabına köçürülməsi haqda qərar verib. Noyabrın 12-də Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Arif Yunus barəsində həbs-qətimkan tədbiri dəyişdirilib və ondan başqa yerə getməməklə bağlı iltizam alınıb. Dekabrın 9-da isə Leyla Yunus barəsində seçilmiş həbs-qətimkan tədbiri ləğv edlib, o, 5 il sınaq müddəti təyin olunmaqla məhkəmə zalından şərti azadlığa buraxılıb. Bundan başqa, onun qızının evinə qoyulmuş həbs də götürülüb. Həmin məhkəmə qərarından narazı qalan Leyla Yunus və Arif Yunus kasasiya şikayəti verib. Onlar barələrində bəraət hökmü çıxarılmasını istəyirlər. Bu il aprel ayında Leyla Yunus və Arif Yunus Azərbaycanı tərk edərək, Hollandiyada gediblər.

///Trend
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
05:41 16.03.2026
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
04:24 16.03.2026
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu