O, baş verənlərə aydınlıq gətirmək üçün polis şöbəsinə gətirilib.
Bu gün səhər Fəxri Xiyabanın ərazisində bir kişi intihara cəhd edib.
Bu barədə Səbail rayon Polis İdarəsindən bildiriblər.
Həyatı ilə hesablaşmaq üçün seçdiyi üsul isə məlum deyil. Xəbər verilib ki, kişi işdən çıxarıldığı üçün intihar etmək istədiyini deyib. Verilən məlumata görə o, prokurorluq orqanlarında işləyib.
Hal-hazırda o, baş verənlərə aydınlıq gətirmək üçün Səbail rayon 9-cu polis bölməsinə gətirilib.
Bununla yanaşı, Baş prokurorluğun mətbuat xidmətinin rəisi Eldar Sultanov məsələ ilə bağlı müraciət etdiyimizdə, prokurorluq əməkdaşının intihara cəhd etdiyi barədə ilk dəfə eşitdiyini deyib.
“Bu, yəqin ki, dəqiq informasiya deyil, biz aydınlaşdıracağıq”, - deyib.(Oxu.az)