Azərbaycanda korrupsiya cinayətlərinə yol verən üç nəfər prokurorluq əməkdaşı həbs edilib.APA-nın məlumatına görə, bu barədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib. O, qeyd edib ki, prokurorluq orqanlarında korrupsiya ilə bağlı cinayətlərin qarşısının alınması, aşkar edilməsi və açılması, prokuror və müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol vermiş şəxslərin müəyyən edilməsi sahəsində də idarənin daxili təhlükəsizlik xidməti tərəfindən müvafiq tədbirlər həyata keçirilib.