Provayderlərin internet sürət göstəriciləri - Açıqlandı

Provayderlərin internet sürət göstəriciləri - Açıqlandı
SOSİAL
20:01 17.03.2026
486
Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) qlobal internet performans qiymətləndirici platforması olan "Ookla” şirkətinin metodologiyası əsasında sabit genişzolaqlı internet üzrə provayderlərin 2026-cı ilin fevral ayı üçün internet sürət göstəricilərini dərc edib.

"Speedtest Intelligence” məlumatları əsasında hazırlanmış "Sabit genişzolaqlı internet xidmətləri üzrə Fevral 2026 Təhlili” Agentliyin rəsmi internet səhifəsində yerləşdirilib.

Fevral ayı üzrə təqdim edilən hesabat əvvəlki aylardan fərqli olaraq internet sürəti üzrə dörd kateqoriyalı təsnifat modeli əsasında hazırlanıb.

Sürət kateqoriyaları

- Çox yüksək sürət – 150+ Mbps

Çox yüksək performans təqdim edən provayderlər.

- Yüksək sürət – 101 – 149 Mbps

Yüksəksəviyyəli, genişzolaqlı xidmət təqdim edən provayderlər.

- Orta sürət – 50 – 100 Mbps

Əksər istifadəçi paketlərinin yerləşdiyi geniş bazar seqmenti.

- Aşağı sürət – 1 – 49 Mbps

Nisbətən aşağı performans göstəriciləri olan xidmətlər.

Bu yanaşma istifadəçilərə bazarda fəaliyyət göstərən internet provayderlərinin performans səviyyəsini daha aydın və müqayisəli şəkildə qiymətləndirməyə imkan verir.

Kateqoriyalar "Ookla Speedtest Intelligence” platformasından əldə edilən median ölçmə nəticələrinə əsasən İKTA tərəfindən analitik şəkildə formalaşdırılaraq təqdim olunur.

Fevral ayı üzrə ölkə göstəricilərinə əsasən sabit genişzolaqlı internetin:

- median yükləmə sürəti 91,38 Mbps,

- median yükləmə sürəti (upload) 93,12 Mbps,

- median gecikmə (latency) 4 ms təşkil edib.

İKTA hesab edir ki, bu cür analitik təqdimat modeli:

- telekommunikasiya bazarında şəffaflığın artırılmasına,

- provayderlər arasında sağlam rəqabətin təşviqinə,

- istifadəçilərin internet xidmətlərini daha məlumatlı şəkildə seçməsinə mühüm töhfə verir.

Agentlik "Ookla” ilə əməkdaşlığı davam etdirərək ölkə üzrə internet performans göstəricilərinin monitorinqini və analitik təhlillərin genişləndirilməsini planlaşdırır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran HDQ: Son sutka ərzində Hörmüzdə marşrut qaydalarını pozan 5 tanker yanıb
20:48 05.11.2026
İran HDQ: Son sutka ərzində Hörmüzdə marşrut qaydalarını pozan 5 tanker yanıb
Putin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
20:43 05.11.2026
Putin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Bu gün Avropada bomba təhdidləri səbəbindən azı 11 aviareys istiqamətini dəyişib
20:39 05.11.2026
Bu gün Avropada bomba təhdidləri səbəbindən azı 11 aviareys istiqamətini dəyişib
Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb
20:32 05.11.2026
Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb
Türkiyədə dəhşət: Üç avtomobildə silahla vurulmuş doqquz nəfərin meyiti tapıldı - Foto
20:25 05.11.2026
Türkiyədə dəhşət: Üç avtomobildə silahla vurulmuş doqquz nəfərin meyiti tapıldı - Foto
İsrailin ən böyük ərəb bloku hökumətin qurulmasını Ayzenkota həvalə etməyi təklif edib
20:19 05.11.2026
İsrailin ən böyük ərəb bloku hökumətin qurulmasını Ayzenkota həvalə etməyi təklif edib
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək
20:14 05.11.2026
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək
Azərbaycan Cibuti və Qvineya-Bisau ilə sosial müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
20:10 05.11.2026
Azərbaycan Cibuti və Qvineya-Bisau ilə sosial müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
20:03 05.11.2026
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Sahibə Qafarova Qazaxıstana səfər edib
20:00 05.11.2026
Sahibə Qafarova Qazaxıstana səfər edib
İran Ermənistana xəbərdarlıq edib
19:48 05.11.2026
İran Ermənistana xəbərdarlıq edib
Kodzo Taşima FIFA prezidenti postuna namizədliyini irəli sürüb
19:33 05.11.2026
Kodzo Taşima FIFA prezidenti postuna namizədliyini irəli sürüb
Fransada tələbələr və həmkarlar ittifaqları etiraz edir
19:11 05.11.2026
Fransada tələbələr və həmkarlar ittifaqları etiraz edir
Albaniyada etirazlar zamanı hüquqpozmalara görə 80-dən çox şəxs cərimələnib
18:56 05.11.2026
Albaniyada etirazlar zamanı hüquqpozmalara görə 80-dən çox şəxs cərimələnib
Təhlükəsizlik səbəbindən üç təyyarə Bolqarıstan aeroportlarına enib
18:34 05.11.2026
Təhlükəsizlik səbəbindən üç təyyarə Bolqarıstan aeroportlarına enib
Ağıllı saatlara görə aksiz vergisi alınacaq
18:22 05.11.2026
Ağıllı saatlara görə aksiz vergisi alınacaq