“PsixoTur”un iştirakçıları Samur-Yalama Milli Parkında olublar - FOTOLAR

GƏNCLİK
15:22 29.08.2023
1493
Əhalinin psixoloji maarifləndirilməsi və inkişafı istiqamətində fəaliyyət göstərən PİMD İB növbəti proqram-layihəsini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Samur-Yalama Milli Parkında keçirib.

Əksəriyyəti gənclərdən ibarət iştirakçılar öncə "PsixoTur”-un proqramına uyğun olaraq Milli Parkın zəngin bioloji müxtəlifliyə malik təbiəti ilə tanış olmuş, onun necə qorunmasınının təsvir olunduğu qısa filmlər izləyiblər. Daha sonra gənclər qruplara bölünərək psixoloji kmliklərinin inkişafi yönündə kommunikasiya qurublar.

Psixoloq Kamil Həmidovun moderatorluq etdiyi qrupda gənclərlə iş "kitabla terapiya” (biblioterapiya) üsulunun bibliodrama texnikası üzərindən aparılıb. Digər qrupda Ayan Tağızadə geştalt terapevtik çalışmalarla emosiyaların insan həyatındakı rolundan bəhs edib. Yoqa təlimatçısı Günel Alisoy isə tədbirə qatılan hər kəslə tarixi və fəlsəfi kökləri qədim dövrə gedib çıxan yoqa təlimi keçirdi.

Yekunda nazirliyin nümayəndələri Turqut Əhmədov, Lalə Hacıyeva və Samur-Yalama Milli Parkının direktoru Aqşin Babayev çıxış edərək ekologiya sahəsində görülən işlər, bioloji müxtəlifliyin qorunması istiqamətində dövlətimizin apardığı səmərəli fəaliyyətindən danışaraq, gəncləri Milli Parklarımızı tanıtmağa, təbliğ etməyə səslədilər. Təşkilatın rəhbəri Kamil Həmidov Ekologiya və təbii sərvətlər nazirliyinin bütün əməkdaşlarına təşəkkür edərək, xüsusi əməyi olanlara və təlimçilərə təşəkkürnamə, iştirakçılara isə sertifikatlar təqdim etmişdir.

PİMD İctimai Birliyi fəaliyyətini psixoloji inkişaf və əhalinin psixoloji maarifləndirilməsi yönündə formalaşdıran qeyri-kommersiya təşkilatıdır. Tərkibində proqram-layihələr və klublar fəaliyyət göstərir. Belə proqram-layihələrdən olan "PsixoTur” ilk dəfə Qobustan tarixi diyarşünaslıq muzeyində, ikinci dəfə isə Şamaxının Kələxana kəndindəki sufi türbələrinin yerləşdiyi ərazidə baş tutub.

Təşkilatın fəaliyyətini sosial şəbəkələrdə izləyərək tanış ola bilərsiniz: https://www.instagram.com/psixomaariflendirme/

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb