Fransanın PSJ klubu futbolçusu Marko Asensionu satışa çıxarıb.
Ötən mövsümün ikinci yarısını "Aston Villa"da (İngiltərə) keçirən 29 yaşlı yarımmüdafiəçi Paris təmsilçisinin planlarına daxil deyil.
Klub 29 yaşlı oyunçuya 20 milyon avro qiymət təyin edib.
Qeyd edək ki, M.Asensio "Aston Villa"nın heyətində ümumilikdə 21 görüş keçirib və 8 qol vurub. Mövsümün ilk hissəsində PSJ-də top qovan futbolçu 16 matçda 2 dəfə rəqib qapılarına yol tapıb.