‘Pul götürüb cihazlar alsan, sabah da yoxlama gəlsə…’ - Rektor

‘Pul götürüb cihazlar alsan, sabah da yoxlama gəlsə…’ -  Rektor
Bütün Xəbərlər
14:17 09.04.2013
1388

Azərbaycanın təhsil sistemində maliyyələşmə zamanı müəllimlərin alimlik dərəcəsi və elmi-tədqiqat işləri nəzərə alınmır.

APA-nın xəbərinə görə, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov deyib ki, maliyyələşmə zamanı müəllimin alimlik dərəcəsinə yox, yalnız onun auditoriyaya daxil olaraq dərs deməsinə maliyyə ayrılır.

Alimin elmi-tədqiqat işinə maliyyə ayrılmadığını deyən A.Məhərrəmov bunu böyük problem hesab edir: “Azərbaycan ali təhsil sistemində 1200 alim var və onların hər birinə cihazların alınması, tədqiqat işlərinin aparılması üçün maliyyə vəsaitləri ayrılmalıdır. Yoxsa bu gün tələbələrdən pul götürüb cihazlar alsan, sabah da yoxlama gəlsə, deyəcəklər ki, sənin nə ixtiyarın var tələbənin pulundan götürərək tədris laboratoriyasına avadanlıq alırsan. Buna görə də alimlərin elmi-tədqiqat işlərinin dinamikasını artırmaq üçün hökmən onlara maliyyə ayrılmalıdır”.

OXŞAR XƏBƏRLƏR