Pul istəyən taksi sürücüsünü qanına qəltan etdilər - FOTOLAR

Pul istəyən taksi sürücüsünü qanına qəltan etdilər -  FOTOLAR
KRİMİNAL
17:00 06.06.2014
2240

Cəlilabad rayonunda sərnişin taksi sürücüsünü bıçaqlayıb.

Hadisə rayonun Heydər Əliyev prospektində baş verib. Cəlilabad rayon sakini 24 yaşlı Emin Cəfərov müştəri qismində avtomobilə əyləşmiş rayon sakinini lazımı ünvana aparıb. Daha sonra həmin şəxs deyilən ünvana çatmamış sürücünü geri qayıdaraq avtomobili digər ünvan istiqamətində sürməyi tələb edib. Bu zaman isə avtomobilin yanacağı qurtarıb. Sürücü Emin Cəfərov sənişindən yanacaq almaq üçün pul tələb etdikdə, onlar arasında mübahisə yaranıb. Bu zaman “Qara” ləqəbli sərnişin sürücüyə yaxınlaşaraq üzərindəki bıçaqla ona bir neçə zərbə endirib. Faktla bağlı Cəlilabad rayon polis şöbəsində araşdırma aparılır. (Anspress)

OXŞAR XƏBƏRLƏR