Bakı Ağır Cinayətlər Məhkəməsində Saatlı rayon sakini Orucəli Abdullayevin məhkəməsi başa çatıb.
AZXEBER.COM-un məlumatına görə, hakim Əlisoltan Osmanovun sədrliyi ilə keçirilən prosesdə borc pul üstə dostunu qətlə yetirməkdə təqsirli bilinən Orucəli Abdullayev 10 il müddətinə azadlıqdan məhrum edilib.İttihama görə, Orucəli Abdullayev ötən ilin sentyabrın 27-də Abşeron rayonu Qobu qəsəbəsi ərazisində Lökbatan qəsəbə sakini Nurəddin Babaverdiyevi yaşadığı evində bıçaqla qətlə yetirib.Dostunu qətlə yetirəndən sonra O.Abdullayev Saatlı rayonuna gedib. Bir gün sonra isə Orucəli Abdullayev könüllü olaraq Saatlı Rayon Polis Şöbəsinə gedərək təslim olub.Qanlı hadisəyə səbəb borc pul olub. Belə ki, Nurəddin Babaverdiyev Orucəli Abdullayevdən 9000 manat borc pul alıb. Nurəddin uzun müddət borcu qaytarmayanda Orucəli pulunu geri istəyib. Bu səbəbdən də dostlar arasında mübahisə düşüb. Nəticədə qanlı hadisə baş verib.