Pul və uğur bu 3 bürcün tərəfində olacaq

Pul və uğur bu 3 bürcün tərəfində olacaq
MARAQLI
22:28 30.06.2026
568
Astroloqların proqnozuna görə, bəzi bürcləri əhəmiyyətli dəyişikliklər və yeni fürsətlər gözləyir.

AZXEBER.COM Metbuat.az-a istinadən xəbər verir ki, xüsusilə üç bürc həm maliyyə, həm də şəxsi həyat sahəsində uğurlu dövrə qədəm qoya bilər.

Şir

İyul ayından etibarən Şir bürcünü uğurlu və məhsuldar dövr gözləyir. Karyera və maliyyə sahəsində yeni imkanlar yarana, uzun müddət çəkilən zəhmətin qarşılığı alına bilər. Astroloqlar bu bürc nümayəndələrinin cəsarətli addımlar atacağı təqdirdə böyük uğurlar qazana biləcəyini bildirirlər.

Buğa

Buğa bürcü üçün ayın əsas mövzusu maliyyə sabitliyi olacaq. Gözlənilməz gəlir, maaş artımı və ya uğurlu müqavilə maddi vəziyyətə müsbət təsir göstərə bilər. Astroloqlar əldə olunan gəlirin uzunmüddətli və faydalı sahələrə yönəldilməsini tövsiyə edirlər.

Əqrəb

Əqrəbləri iyul ayında yeni fürsətlər və mühüm qərarlar gözləyir. Güclü intuisiya sayəsində gəlir gətirəcək imkanları vaxtında dəyərləndirmək şansı yaranacaq. Maliyyə problemlərinin həlli və köhnə layihələrdən qazanc əldə etmək üçün əlverişli dövr olacağı proqnozlaşdırılır.
OXŞAR XƏBƏRLƏR