Pullu reklamla "qəhrəman" olan Mənsimovun gizli media planı: Özünü niyə təriflədir?

Pullu reklamla "qəhrəman" olan Mənsimovun gizli media planı: Özünü niyə təriflədir?
SOSİAL
07:57 12.05.2022
747
Tarixdə ən böyük xeyriyyəçilər, yardımsevərlər bunu heç kimə göstərmədən edənlər olub, onlara da ən gözəl dəyəri tarix və zaman verib. Kiməsə yardım edib, bunu sonradan insanların başına vuranlara isə xeyriyyəçi yox, mənfəətçi adı qoyulub. 

Ancaq indi zəmanə dəyişib, sosial şəbəkələrin sayəsində at izi, it izinə qarışıb. İnsanlar kimin xeyriyyəçi, kimin mənfəətçi olduğunu anlamaqda çətinlik çəkir. Elə bir dövrə gəlmişik ki, insanları bir iftar süfrəsi ilə, gəmiyə verilən adla, pafoslu sözlərlə aldatmaq ən asan işə çevrilib.

Son günlər adı qalmaqallarda hallanan iş adamı Mübariz Mənsimov da bu işi ən yaxşı bacaran şəxslərdəndir. İş adamı son illər daha çox bloger kimi məşhurlaşmağa başlayıb. Pafoslu statuslar, bahalı videolar, dəbdəbəli fotolarla xeyli "like" yığmağı da bacarıb. Mənsimov indi də "tiktok"da dəbdəbir, açıqlamalarına musiqilər qoşub yayır, kəşf etlərə düşür. Bir sözlə bloger kimi hər yerdə "partladır". 

Ancaq bütün cəmiyyətlərdə sosial şəbəkələrin yalanını üzə çıxaran, maskasını cıran peşəkar medialar olur. Sosial şəbəkədə "feyk" xəbərlər, dezinformasiyalar media tərəfindən puç edilir. Elə
Mənsimov məsələsində olduğu kimi. 

Azərbaycan mediası günlərdir ki, ona suallar ünvalayır, ancaq cavab yoxdur, iş adamının başı "like" yığmağa qarışıb. Çünki özü də bilir ki, bu suallara cavablar onun maskasını birbaşa cıracaq. 

Mənsimova veriləcək suallar çoxdur: Erməni ilə iş birliyi, ən yaxın dostlarını, silahdaşlarını satmaq, FETÖ ilə görüş, "Xəzər-Lənkəran"ın iflası, gəmilərə hər gün maraqlar naminə adı verib, sonra dəyişmək, mafiya dünyası ilə yaxınlıq və s.

Bu sualları isə Mənsimova sosial şəbəkə yox, peşəkar media verir. İş adamı isə cavab olaraq pul ilə medianı ələ almağa çalışır. 

O bir anda əks-hücuma keçmək qərarı verib. Məlum olub ki, iş adamı Azərbaycandakı əlaltıları vasitəsilə mətbuata pul paylayır, özünü təriflədir, hətta özünü Hacı Zeynəlabdin Tağıyevlə müqayisə etdirir. 

Bəs görəsən hər müsahibəsində "mənim siyasi iddiam yoxdur" deyən hikkəli iş adamı nə istəyir? Siyasi iddiası olmayan "məsum adam" nəyə görə ictimai-siyasi saytları ələ keçirməyə çalışır? 

Yoldaş Mənsimov, siyasi iddian yoxdursa, bəs niyə bu qədər pulu mediaya göndərib, özünü təriflədirsən? Türkiyədə "youtube" kanallarına pul ötürməklə Vətənini sevən Azərbaycanlılar haqda şər-böhtan yaydırmaq yetərli olmadı, indi də hədəf Azərbaycan mediasıdır? 

Mənsimovun hansı saytlarla anlaşdığı, kimlərə pul ayrıldığı da məlumdur. Müsahibəsində "mənim müdirim yoxdur, mənə kim nə edəcək?" deyən iş adamı deyəsən Azərbaycan mediasına müdirlik etmək sevdasına düşüb. Ancaq mətbuat sosial şəbəkə deyil, burada "pullu reklam" funksiyası çox işləmir, belə addımlar çox tez ifşa edilir. Necə ki, Mənsimovun bu addımı da ifşa edildi, bu layihəsi də iflasa uğradı. 

Sonda isə Mənsimova məsləhət görərdik ki, pullarını mediaya paylayıb, özünü təriflətməkdənsə, həmin saytlardan birinə müsahibə verərək, adı hallanan ittihamlara cavab versin, sonra çox gec ola bilər. Onsuzda maskası artıq cırılır. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
05:41 16.03.2026
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
04:24 16.03.2026
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu