Polis əməkdaşları əxlaqsızlıq yuvası işlətməkdə şübhəli bilinən “Ballı Betüş” ləqəbli qadını saxlayıb. Məlum olub ki, 28 yaşlı qadın nağd pulu olmayan müştərilərin kredit kartı vasitəsilə 10 aylıq kredit imkanı yaradırmış. Son model maşını, villası, bağ evi və Adananın ən bahalı yerində ofisi olan “Ballı Betüş” özünü iş adamı kimi təqdim edib. O, qadın alt paltarları mağazası da açıb və yanında “rəfiqəm” deyə təqdim etdiyi qadınları fahişəliyə məcbur edirmiş.
Polis əməkdaşları “Ballı Betüş”ü altı ay izləyiblər. Nəhayət, 20 müxtəlif ünvanda əməliyyat keçirilib və 14 nəfər saxlanılıb. // milli.az