Pulu yeni kursla necə hesablamalı

İQTİSADİYYAT
11:00 01.03.2015
3876
Proqram həm iPhone-lar üçün, həm də Android əsaslı smartfonlar üçün mövcuddur.
Azərbaycanda milli valyutanın məzənnəsi 7 il ərzində demək olar ki, dəyişməyib. Təəccüblü deyil ki, əhali kalkulyatora əl atmadan pulun digər valyutalara nisbətini hesablamağa vərdiş edib. Lakin 5 gün öncə məzənnə əhəmiyyətli dərəcədə dəyişdikdən sonra qiymətləri şifahi hesablamaq çətinləşib. Bundan başqa, manatın məzənnəsi yenə də dəyişə və bizə yenə aktual informasiya lazım ola bilər.
Bu gün sizə bir mobil proqramı haqqında danışmaq istəyirik. Bu proqram artıq neçə ildir Azərbaycan proqramları arasında ilk sıralarda yer alır, son günlər isə ümumiyyətlə, vKontakte, InstaMessage və Google Chrome-ı qabaqlayaraq hitə çevrilib.
Bu, “Start” interaktiv agentliyinin hazırladığı və tamamilə pulsuz yayılan “Manat Converter”-dir.

OXŞAR XƏBƏRLƏR