“Putin Azərbaycanı heç vaxt satmaz” - İlham Əliyev

“Putin Azərbaycanı heç vaxt satmaz” - İlham Əliyev
SİYASƏT
14:01 11.04.2017
1182
Rusiyanın tanınmış teleaparıcısı Vladimir Solovyev bu gün Vesti.FM-in canlı efirində Bakıya səfəri və prezident İlham Əliyevlə iki saatlıq görüşündən danışıb.
 
AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, aparıcı bildirib ki, Bakıya səfərinin məqsədi məhz prezident Əliyevlə görüş olub:

"Mənə çox maraqlı idi. Dövlət liderləri ilə söhbət hər zaman maraqlıdır. 

Xatırladaq ki, Solovyev aprelin 7-də Bakıda səfərdə olub. Səfərin qısamüddətli olması və ABŞ-ın Suriyanın aviabazalarını bombalaması ilə əlaqədar proqramı yarımçıq qalsa da, aparıcı şəhəri gəzə bildiyini deyib: "Bakının yolları qüsursuzdur. Görünür, çoxlu pullar qoyulub, çox baxımlıdır”.

Solovyevin sözlərinə görə, onun Bakı səfərinə çoxdan hazırlıqlar görülürdü: "Azərbaycan prezidentindən soruşmalı olduğum şeylər vardı. Mənə qarşı hər kəs son dərəcə nəzakətli və xeyirxah idi. İlham Əliyevin fotolardakından daha cavan görünməsi məni təəccübləndirdi. Hündürboy, xeyirxah idi. Açıq söhbətimiz oldu və bu söhbətə görə ona təşəkkür etmək istəyirəm.

Mən gördüm ki, İlham Əliyev çox savadlı, ağıllı, şübhəsiz siyasətçi, həm də başqa tip siyasətçi - əsl dövlət xadimidir”.

Solovyev onu da qeyd edib ki, İlham Əliyevlə söhbət əsnasında Ermənistan rəhbərliyinə qarşı heç bir təhqiredici söz eşitmədi:

"İlham Əliyev Amerikaya münasibəti barədə maraqlı danışdı. Onun Amerikaya heç bir pərəstişi yoxdur. Prezident bildirdi ki, ABŞ-a biz kasıb və zəif lazımıq, əgər birdən varlansaq, o anda korrupsiya söhbətləri başlayır, biz o dəqiqə pis oluruq". 

O, müxalifətlə necə bacardığı haqda danışıb və deyib: "Mən sadəcə olaraq xaricdən gələn maliyyə axınına nəzarət etməyə başladım və müxalifət özü zəiflədi". 

Biz Rusiya ilə Azərbaycan arasındakı əməkdaşlıqdan danışanda mən dedim ki, Rusiya Azərbaycanı heç vaxt satmaz. O, etiraz etdi və bildirdi ki, Putin heç vaxt satmaz”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
05:41 16.03.2026
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
04:24 16.03.2026
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu