Putin Ərdoğanın görüşmək istəyini rədd etdi

Putin Ərdoğanın görüşmək istəyini rədd etdi
DÜNYA
18:32 27.11.2015
1803
Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanın görüşmək istəyini rədd edib.

Bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

Y. Uşakov bunun səbəbini Ankaranın Rusiyaya məxsus Su-24 təyyarəsinin vurulmasına görə üzr istəməməsi ilə əlaqələndirib: "Təyyarə insidentindən sonra Türkiyənin üzr istəməkdə istəksiz olduğunu görürük".

O, Putinin Parisdə keçiriləcək beynəlxalq iqlim konfransı çərçivəsində İsrail baş naziri Benyamin Netanyahu və Almaniya kansleri Angela Merkellə görüşəcəyini bildirib. (APA)

OXŞAR XƏBƏRLƏR