Putin gizli səfərbərliyə hazırlaşır - Avropa liderləri

Putin gizli səfərbərliyə hazırlaşır - Avropa liderləri
DÜNYA
18:27 19.09.2026
43
Avropa liderləri Rusiya Prezidenti Vladimir Putinin Ukraynada müharibəni genişləndirməyə və NATO ölkələrinə qarşı hibrid hücumları artırmağa hazırlaşmasından narahatdırlar.

Bu barədə "The Telegraph” Qərb kəşfiyyatındakı mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin iddiasına görə, Rusiya seçkilərdən sonra mümkün "gizli səfərbərlik” üçün inzibati hazırlıq aparır. Bununla belə, kəşfiyyat nümayəndələri 300 min nəfərin cəlb ediləcəyi açıq və genişmiqyaslı səfərbərliyin elan olunacağına şübhə ilə yanaşırlar.

Bildirilir ki, Moskva orduya cəlbetmə fəaliyyətini gücləndirib. Hüquqi və ya maliyyə problemləri olan şəxslərin də hərbi xidmətə cəlb edilməsinə çalışıldığı iddia olunur.

Avropa rəsmiləri bununla paralel olaraq Rusiyanın qitədəki hibrid əməliyyatlarının intensivləşdiyi barədə xəbərdarlıq edirlər.

Moskva hələlik nəşrin bu iddialarına münasibət bildirməyib.

///modern.az///
OXŞAR XƏBƏRLƏR