‘Putin hər zaman Azərbaycan iqtidarına dəstək olub’ - Vəfa Quluzadə

SİYASƏT
14:01 02.08.2013
2706

Politoloq Vəfa Quluzadənin Rusiya prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfəri ilə bağlı AZXEBER.COM-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

-Vəfa müəllim, bir neçə gün sonra Rusiya prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfəri gözlənilir. Putinin ilk səfərini Ermənistana yox, Azərbaycana etməsini nə ilə izah etmək olar?

- Azərbaycanın Rusiya ilə əməkdaşlığı daim olub və hər iki tərəf müxtəlif zamanlarda müxtəlif güzəştlər ediblər. Ancaq bizim ən böyük problemli məsələmiz Qarabağdır ki, burada da heç bir güzəşt edilməyib. Təəssüf ki, bu səfərin məqsədləri başqa məsələlərlə də əlaqəlidir. Məsələn, Rusiyanın energetika məsələləri və.s . Rusiyanın Azərbaycanın üzərində tətbiq etmək istədiyi bir çox arzusu var. Bunlardan biri də Azərbaycanı gömrük komitəsinə sürükləmək istəyidir. Digər tərəfdən isə, Avrasiya İttifaqı mövzusu prioritetdir. Bu mövzu Rusiya üçün daim maraqlı olub. Ən əsas məsələ səfərdən sonrakı nəticələrdir.

-Bəzi politoloqlar bu səfərin Azərbaycanda oktyabrda keçiriləcək prezident seçkiləri ilə əlaqəli olduğunu bildirir. Siz bu haqda nə düşünürsünüz?

- İctimaiyyət bu səfəri prezident seçkiləri ilə əlaqələndirir və çox sadəlövh fikirlər səsləndirirlər. Deyilir ki, əgər Putin ölkəyə gəlsə iqtidar, gəlməsə müxalifət prezident seçkilərində qalib gələcək. Amma bunlar tam yanlış fikirlərdir. Seçkilərin nəticələri Putinin Azərbaycana gəlib-gəlməməsindən asılı deyil.

-Sizcə bu görüşlər Azərbaycana nə qazandıracaq?

- Əgər Azərbaycanda inkişaf etmiş vətəndaş cəmiyyəti olsaydı, Putin böyük maraq ilə qarşılanmazdı. Bu cür maraq o vaxt mövcud ola bilərdi ki, Rusiya Ermənistanı silahlandırmaqdan imtina edərdi və Qarabağ mövzusunda ədalətli qərar qəbul edərdi. Çox təəssüf ki, bizim cəmiyyət bu prosesdə çox susqundur. O ki, qaldı prezident seçkilərinə, Putin hər zaman Azərbaycan iqtidarına dəstək olub. Lakin son zamanlar Azərbaycan Rusiya əlaqələrində müəyyən soyuqluq əmələ gəlib. Bu görüş haqqında şərhlər vermək asandır. Əsas görüşün son nəticəliridir ki, bunu da gözləmək lazımdır.

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR