Putin: "İstəsəydim, 2008-ci ildə üçüncü dəfə prezident seçilə bilərdim"

Putin: "İstəsəydim, 2008-ci ildə üçüncü dəfə prezident seçilə bilərdim"
Bütün Xəbərlər
21:26 18.10.2011
1372

Rusiya baş naziri Vladimir Putin prezident Dmitri Medvedevlə «rokirovka» razılaşmasına hələ 4 il qabaq gəlib. ANS PRESS Rusiya mətbuatına istinadən bildirir ki, Putin bunu Rusiyanın üç federal kanalına müsahibəsi zamanı deyib. «Biz Medvedevlə hələ 4 il qabaq qərara gəlmişdik ki, əgər yetərincə ciddi sınaqlardan keçə bilsək, bu cür varinat mümkündür»,- deyə Putin bildirib. Putin qeyd edib ki, onun hakimiyyətə qayıtması siyasi sistemi gücləndirmək istəyi ilə bağlıdır. Həm də onu bildirib ki, o, vəzifəyə heç vaxt özü can atmayıb və öz vaxtında onu bu vəzifəyə Yeltsin seçib. Putin deyib ki, əgər istəsəydi 2008-ci ildə üçüncü dəfə də prezident seçilə bilərdi: «Mən bu vəzifədən ötrü ölsə idim, konstitusiyanı asanlıqla dəyişərdim. Amma öz xətrimə bunu eləmədim».

OXŞAR XƏBƏRLƏR