“Putin koftası” geyinən konsul işdən qovuldu

DÜNYA
11:14 14.07.2015
1315
Ukraynanın Antalyakı konsulu Levent Aydın vəzifəsindən uzaqlaşdırılıb.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ukrayna xarici işlər naziri Pavel Klimkin məlumat yayıb.
O, Rusiya prezidenti Vladimir Putinin fotosunun əks olunduğu koftanı geyindiyi üçün işindən atılıb.
“Aydın xeyli sayda ukraynalılara köməklik edib. Bu prinsip məsələsidir. Mən onun fəxri konsulluq vəzifəsinin sona çatdırılması qərarını aldım”,- deyərək nazir bu barədə açıqlama verib.
Qeyd edək ki, Antalya Fəxri Konsulluqda baş tutan Samule Etonun imza gününə Vladimir Putinin fotosu olan kofta ilə qatılmışdı. “Nəzakət bizim hər şeyimiz” yazılan kofta Ukraynada böyük səs-küyə səbəb olmu, parlamentdə deputatlar konsulun vəzifəsindən uzaqlaşdırılmasını tələb etmişdi.
OXŞAR XƏBƏRLƏR