Putin Lukaşenkoyla telefonla danışdı

Putin Lukaşenkoyla telefonla danışdı
DÜNYA
16:30 17.08.2025
161
Rusiya Prezidenti Vladimir Putin və Belarus lideri Aleksandr Lukaşenko telefon danışığı aparıblar. Rusiya mediasının məlumatına görə, Putin Alyaskada ABŞ Prezidenti Donald Tramp ilə baş tutan sammitin nəticələrini Lukaşenkoya ətraflı izah edib.

AZXEBER.COM xəbər verir ki, Llderlər regional vəziyyəti müzakirə ediblər və ikitərəfli münasibətlər barədə fikir mübadiləsi aparıblar.

Bizim fikrimizcə, bu hadisə hazırkı reallığı göstərir: Rusiyanın ən yaxın müttəfiqi, sirdaşı və Putinə ən yaxın duran şəxs Lukaşenkodur. MDB-yə saxil olan digər dövlətlər Moskvanın ekspansionist və aqressiv siyasətinə cavab olaraq Kremlə məsafə qoyublar. Amma görünən budur ki, Belarus rəhbərinin belə bir seçimi yoxdur və bu səbəbdən hələ də Putinin yanında qalır.

Məhz buna görə də Putin mühüm görüşlərdən sonra ilk olaraq Lukaşenkoya zəng edir, onunla foto və videolar paylaşır və sammitlərin detallarını "sirdaşı” kimi məhz onunla müzakirə edir. Alyaska sammitindən sonrakı telefon danışığı da bunun bariz nümunəsi oldu.
OXŞAR XƏBƏRLƏR