Putin nüvə silahları ilə hədəfləri vura bilən raketdaşıyıcı ilə uçacaq

Putin nüvə silahları ilə hədəfləri vura bilən raketdaşıyıcı ilə uçacaq
DÜNYA
17:50 22.02.2024
197
Rusiya Prezidenti Vladimir Putinin modernləşdirilmiş strateji raket daşıyıcısı Tu-160M ​​ilə 40 dəqiqə uçacaq.

Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, V.Putin Tu-160M-də uçmaq üçün S. P. Qorbunova adına Kazan Aviasiya Zavodunun uçuş-enmə zolağına gəlib. Dövlət başçısını raketdaşıyıcının ekipajı qarşılayıb.

Tu-160M ​​nüvə və adi silahlarla ucqar ərazilərdə ən mühüm hədəfləri məhv etmək üçün nəzərdə tutulub.

Qeyd edək ki, V.Putin fevralın 21-də Kazanda Qorbunov adına Aviasiya Zavodunun yeni sexlərindən birinə baş çəkib və dörd Tu-160M ​​raketdaşıyıcısına baxış keçirib.
 
///Report
OXŞAR XƏBƏRLƏR