Putin və Hürrəm Sultan

Putin və Hürrəm Sultan
Bütün Xəbərlər
16:35 07.06.2013
1685
Zahid OrucViktor Hüqo 180 il əvvəl ağlına belə gətirməzdi ki,onun yaratdığı əsər yüzillər sonra böyük bir dövlətin başçısının şəxsi həyatının ən həlleidici anında ona yardımçı olacaq.Dünən Kreml sarayında fransız yazıçının ən məşhur əsərlərindən biri tamaşaya qoyulmuşdu.Lakin salona toplaşanlar səhnədə izlədikləri “Esmeralda” baletinin zəngin dramatik süjetlərinin peşində ikən birinci aktdan sonra zalı tərk edən Putin və Lyüdmila əsli qəhrəmanların həyatda olduqlarını göstərdilər və bütün Rusiyanı teatr meydanına çevirdilər.İndi dünya mediası hər addımı ssenariləşdirilmiş rus rəhbərinin dünənki gününün ən kiçik detallarını incələməkdədir.Uzun illər ərzində ictimai müzakirələrin və şayiələrin nüvəsində dolaşan bu xəbərin təsdiqini verərkən keçmiş dtk-çının məhz indi və bu teatral mesajla nə demək istədiyini hər kəs anlamağa çalışır.Dedektiv olmağa ehtiyac yoxdur.Maraqlananlar üçün xatırladaq ki,Viktor Hüqonun qəhrəmanı rəqqas-qaraçı Esmeraldadır.O,gözəlliyi ilə çoxlarının qəlbini fəth etsə də ürəyini heç kəsə verməyib.Xeyirxahlığı ilə özünə məhəbbət qazanan qaraçı qız şair Pyer Qranquarı xilas etmək üçün və banditlərin əlindən onu almaq naminə süni nigah mərasimi düzənləyir.Lakin bu ona bədbəxtlik gətirir. Esmeraldanı sevən Klod Frollo onu oğurlamağa cəhd göstərir və buna mane olan həqiqi aşiq polis kapitanı Febi öldürmək qərarına gəlir.Hadislərin belə cərəyanı fonunda əsas günahkara və qatilə çevrilən Esmeralda məsuliyyətə cəlb olunmağın bir addımlığında ikən Febin ölmədiyi üzə çıxır və qatil Frollo həbs edilir.Artıq Feblə Esmeraldanı heç kəs ayıra bilməz.Tarixi paralellərdə kimləri gördünüz?Həqiqətənmi rəqqas Kabayevanın və kapitan Putinin obrazları yüz illər ərzində dünyanı dolaşıb?Yoxsa,ayrılıq taleyini yaşayan hər kəs elə rus lideri kimi özünü bu əsərdə tapa bilər?Bu haqda bir az sonra.Dünən dövlət kanalı RTR ona tapşırılan funksiyanı uğurla yerinə yetirməyə çalışsa da cütlük boşanma qərarını elan edərkən heç də məğrurluqla dayanmamışdı.Putin birgə mövqelərini çatdırarkən “Lyudmilanın zamandan geri qaldığını” qabartmağa və o anda narahat baxışlarını kameradan gizlətməyə çalışdı.Əcaba rus ailə bağlarının elə də güclü olmadığı bir şəraitdə Prezidentin addımı bir millətin gələcəyinə necə təsir göstərəcək?Lakin artıq bunları düşünmək və özünü illərin qeyri-rəsmi ayrılığından xilas etmək üçün Putinin daha on il tərəddüdə zamanı qalmayıb.Faktiki olaraq 14 illik Birinci Ledi statusunda ömür sürən cütlüyü rəsmi səfərlərdə birgə görmək müşkül məsələyə çevrilmişdi.Birinci prezidenlik dövründə çox az sayda belə ziyarətlər kameralara düşsə də sonrakı illər özlərinin deiyi kimi faktiki olaraq bir-birindən ayrı yaşayırdılar.Sanki ərsiz Birinci xanım statusu mövcud idi,o da həmin funksiyadan könüllü imtina etmişdi.Lyüdmila Putina hər zaman publika qarşısında dayanmağı sevmirdi və ictimai nəzərlər onu sıxırdı.Belə obrazdansa,qapıldığı pravoslav kilsəsi və evdar xanım qiyafəsi ilə gerçəkdə həyat yoldaşının siyasi və şəxsi ömründən silinən bir adamın ayrı cür sonluğu da ola bilməzdi.Putin çox sərt tabular qoyduğu şəxsi həyatından xəsisliklə danışır və bütün rus xanımlarının gözəlliyindən bəhs edərək ona yönələn gümanları,dedi-qoduları özündən rədd edirdi.Lakin rus Prezidentin də Ürəyi varmış.Yeltsin kimi bir alkoqolikdən və xəstə rəhbərdən sonra bütün Rusiya kanallarında Putinin kavboy obrazı hər yanı bürümüşdü.İctimai fikirdə onun formalaşan güclü şəxsiyyət və lider keyfiyyətləri təkcə xalqı idarə etmək vasitəsi deyil,həm də çox sonralar bəlli olacaq ki,şəxsi taleyində baş verən kardinal dəyiliklə əlaqədar idi.Ona görə deyirlər ki,cəmiyyətdə transformasiya istəyirsənsə,ilk növbədə,qadınlardan başla.Britaniyanın tarixində şahzadə Annanın tarixi missiyası kimi.Putin heyvanlara sevgisini,bütün növ nəqliyyat növlərini idarə etmək bacarığını və hətta durnalarla uçmaq məharətini göstərdikcə onun nəinki avropalı həmkarları ona qısqanclıq edir,eləcə də rus xanımları və analarının xəyallarındakı cəsur hökmdar ƏR obrazı Putinə fərqli gələcək,cəsur tərəf müqabili vəd edirdi.Lakin bu elə də asan alınmadı. Qərarverməyə gələnə qədər O,çox gözlədi.Bəlkə də Medvedevdən sonrakı qayıdışda rəqiblərinin əlinə arqument verməmək üçün özünü ailə girpvluğunda saxladı. Etiraf eləmək lazımdır ki,O,bunu peşəkarlıqla bacarırdı.1 il öncə televiziyalarda xokkey və üzgüçülükdən, hətta pianoda musiqi ifa etməkdən əleydarlarına dərs verən professional sovet çekisti gecə gəzintisinə xanımı ilə deyil,iti Konni ilə çıxmışdı.Rus zərif cinslərinin qəlbi buna dözə bilməzdi.İmicini göz bəbəyi kimi qoruduğundan bütün Kreml siyasi elitası onun şəxsi həyatından bir cümlə də danışmırdı.Lakin artıq sürət qatarı start götürmüş,müqəddəs yer tutlulmuşdu.Məşhur filmin üslubunda desək “gənc,idmançı,nəhayət,gözəl Alina Kabayevanın adı taxt-tacın gələcək varisi sırasına daxil edilmişdi.Həqiqətən də ondan sonra bu gimnastın karyerası ildırım sürəti ilə dəyişdi və O,nəinki olimpiya çempionu,hətta populyarlığına görə Qərb siyasətçilərini də geridə qoydu.Sonrakı illər Putin bu informasiyanın qapalı saxlanmasına yetərincə əmək sərf etsə də artıq mavr öz işini görmüşdü.Kabayeva salındığı şöhrət qəfəsindən çıxmağa heç cəhd də göstərmirdi.Iki il öncə onun dünyaya gətirdiyi övladdan yazan Rusiya mediası Mitteran gizli həyatından doğulan Mazarina Penjoya oxşar vəziyyətdən bəhs etmişdilər.İndi dünya mediasında Putinin reytinqinin necə dəyişəcəyi barədə kütləvi versiyalar gündəmi zəbt edib.Mərdliklə boşanmalarına aydınlıq gətirən şəxs eyni igidliklə Kabayevanı pyedestala qaldıracaq və onu da bir tamaşadan sonra xalqa həqiqi Birinci Ledi kimi təqdim edəcəkmi?Bunlar rus icrimai fikrinin bir nömrəli mövzusudur.Başqa cür də ola bilməz.Ölkə “Birinci xanım” olmadan necə yaşaya bilər?!.Bu natamam vəziyyət dövlət təfəkkürünün və adımlarının cəmiyyətə hakim kəsildiyi toplumlar üçün çox təhlükəlidir.Çar ayrılırsa,onun gələcəyi xalqdan kənarda müəyyənləşə bilməz.Prezidentlərinə özəl həyat verməyən sovet cəmiyyətlərində Karlo Bruniləri millət özü tapıb hökmdarın yanına çıxaracaqdır.Kral Artur Kamelotda tək olmamalıdır.Sultan Süleymanın həyatını və böyük bir imperiyanın gələcəyini dəyişən Hürrəm Sultan əsli-nəcabəti ilə türk xanımlarından geri qalsa da,fəhmi,ağlı,saray intriqaları hesabına hökmdara dərindən nüfuz edə bilmişdi.Hətta dünyaya gətirdiyi övladları varis etmək üçün onları ölümə belə atmağa hazır oldu.İndi müsəlman etiqadlı Kabayeva Kremlin nəhəng rəqabət və təhlükə maşının sükanı arxasına keçməyə çox yaxındır.Yox,siyasi nəticələr çıxarmağa çalışmayın.Napoleona ərmağan edilmiş Avstriya vəliəhdinin qızı şahzadə Mariya-Luizadan istədiyi varisi qazanması ilə müqayisədə Putin sonsuz deyil.Onun iki qızı var.Düzdür, gələcək First Ledi İncillə maraqlandığını,kilsəyə getdiyini bildirir.Hər halda qərar rəsmiləşsə, Prezident tələbinə uyğunonun bütün “tərcümeyi-halını” düzəldəcəklər. Rus pravoslav kanonları pozulmayacaq.Lakin yeni evliliyin Rusiya siyasi həyatına və Putini ambisiyalarına donor qan olacağını inkar etmək mümkün deyil.
OXŞAR XƏBƏRLƏR