Putin və Tramp arasında telefon danışığı başa çatıb

Putin və Tramp arasında telefon danışığı başa çatıb
DÜNYA
21:01 18.03.2025
522
Rusiya və ABŞ prezidentləri Vladimir Putin ilə Donald Tramp arasındakı telefon danışığı başa çatıb.

"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Danışıqlar bitdi”, - o deyib.

Xatırladaq ki, iki lider arasında əvvəlki danışıq fevralın 12-də olub. Bundan əvvəl Rusiya və ABŞ dövlət başçıları üç il ərzində ünsiyyət qurmayıblar. Liderlər arasında fevral razılaşmalarının ardından Səudiyyə Ərəbistanında yüksək səviyyəli Rusiya-Amerika danışıqları aparılıb. Orada həm ikitərəfli münasibətlərin bərpası, həm də Rusiya-Ukrayna münaqişəsinin həlli müzakirə edilib.
OXŞAR XƏBƏRLƏR