'Putinin cənab İlham Əliyevlə problemi yoxdur'

SİYASƏT
17:36 05.08.2013
2285
Son zamanlar mətbuatda Rusiyayla Azərbaycanın münasibətlərinin pozulduğu və 2 ölkə arasında ciddi problemlər olduğu haqda silsilə yazılar yayımlanır. “Musavat.com” saytı yazır ki, Kreml anlaşmaları pozur və hücuma keçir, rəsmi Bakıdan Avasiya İttifaqına daxil olması tələb olunur: “Bu baş verməsə, Putin Bakıya gəlməyəcək. Rusiya və Azərbaycan arasında müşahidə olunan yumşalma və anlaşma prosesi yenidən dalana dirənib. Kremlin bir sıra tələblərini yerinə yetirmək təəhhüdü verən rəsmi Bakı yalnız bir məsələdə - Avrasiya İttifaqına girməkdə inad edir. Bu da Putin administrasiyasını qıcıqlandırır və Kreml Azərbaycana Avrasiya İttifaqına qoşulması üçün 10 gün vaxt verib”. 
Sayt bildirir ki, informasiya Rusiyanın hakim dairələrindən əldə olunub. 
Məsələyə münasibət bildirən millət vəkili Zahid Oruc bildirdi ki, dövlət başçılarının səfərlərini ümumi məsələlərə, konkret olaraq medianın irəli sürdüyü versiyalara bağlamaq düzgün deyil. “Yeni Müsavat” qəzeti ictimai-siyasi fikrin formalaşması üçün daim məlumat paylaşımları edir, amma Putinin Azərbaycana səfəri əvvəlcədən müəyyənləşib. 
Zahid Orucun sözlərinə görə dövlət başçıları bu barədə artıq razılığa gəliblər və Putinin Azərbaycan səfəri də qrafiklə nəzərdə tutulub. Bununla bağlı hazırlıq üzrə işçi qrupları iş aparırlar: “Ona görə də zənn etmirəm ki, Kreml Avrasiya İttifaqını məhz Azərbaycandan başlayaraq formalaşdıracaq. Avrasiya İttifaqı ilə bağlı hələlik həll olunmamış kifayət qədər problemlər var, ona görə də məsələni ən adi detallarla xarakterizə etmək səhvdir. Avrasiya ittifaqı hələ yaradılmayıb ki, Azərbaycanı da tələsdirələr ki, gəl sən də qol çək?! Putinin cənab İlham Əliyevlə heç bir problemi yoxdur. Rusiya-Azərbaycan əlaqələri də normal məcrada inkişaf edir. Seçki məsələlərinə görə Rusiya-Azərbaycan əlaqələrini şişirdənlər bilməlidirlər ki, dövr artıq dəyişib. Onların siyasi yanaşmaları, düşüncələri bu şəraitə, regional reallıqlara uyğunlaşmalıdır. Əgər kimsə öz taleyini Kremldən alacağı arayışa bağlayırsa, bu onların öz problemidir. Bunun seçkilərlə heç bir əlaqəsi yoxdur. 
Sabah tutaq ki, Milli Şuranın o təmsilçisi həmin sənədlə təmin olunanda, bu avtomatik onun seçki üçün mühüm bir dövlətdən kartplanş alması deməkdir? Burada hələ imza toplanma var, bunun üçün də heç bir hüquqi müstəvi yoxdur. Son 10 ili ölkədə yaşamaması problemi də tətbiq olunanada ortada tamam ayrı vəziyyət yaranacaq. Başqa bir namizədin üzərində dayansalar, yenə də 40-50 min imzanı toplamaq lazımdır ki, seçki marafonuna qoşula biləsən. Seçki mövzusunda qeyri-real versiyalar siyasi həyatımıza hər gün daxil olur. Ən çox bu qabardılırsa ki, Rusiyanın guya bu seçkilərlə bağlı əlahiddə bir özəl planı var və o iqtisadi senatdan hər hansı bir şəxsi lidri kimi gətirib bu xalqa prezident kimi təqdim edəcək, hesab edirəm ki, bu 80-ci illərin yanaşmasıdır”.
AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda bu şagirdlər pulsuz məktəbli formaları alacaq
14:45 08.07.2025
Azərbaycanda bu şagirdlər pulsuz məktəbli formaları alacaq
Azərbaycanda “Hava məkanından istifadə və uçuş Qaydaları” təsdiqlənib
14:28 08.07.2025
Azərbaycanda “Hava məkanından istifadə və uçuş Qaydaları” təsdiqlənib
Peskov: Yeni sanksiyalar olacağı təqdirdə, onların nəticələrini minimuma endirmək üçün hər şeyi edəcəyik
14:20 08.07.2025
Peskov: Yeni sanksiyalar olacağı təqdirdə, onların nəticələrini minimuma endirmək üçün hər şeyi edəcəyik
Bu hallarda xəbərdarlıq edilmədən qaz kəsilməyəcək
13:48 08.07.2025
Bu hallarda xəbərdarlıq edilmədən qaz kəsilməyəcək
Binədə qadının evindən 10 kq narkotik çıxdı - Video
13:33 08.07.2025
Binədə qadının evindən 10 kq narkotik çıxdı - Video
AccessBank Lənkəran filialının damının əsaslı təmiri üzrə tender elan edir
13:11 08.07.2025
AccessBank Lənkəran filialının damının əsaslı təmiri üzrə tender elan edir
Sabah yağış yağacaq
13:03 08.07.2025
Sabah yağış yağacaq
DTX məlumat yaydı - Videomüşahidə kameralarına kibermüdaxilələrin qarşısı alınıb
13:01 08.07.2025
DTX məlumat yaydı - Videomüşahidə kameralarına kibermüdaxilələrin qarşısı alınıb
Türkiyəli iş adamı məşhur iqamətgah üçün 26 milyon ödədi
12:33 08.07.2025
Türkiyəli iş adamı məşhur iqamətgah üçün 26 milyon ödədi
Sabit aylıq tarif hər bir abonent üçün 1 manatı aşmayacaq
12:10 08.07.2025
Sabit aylıq tarif hər bir abonent üçün 1 manatı aşmayacaq
Kazino oyunlarının təşkilatçılarına dair qayda müəyyənləşir
11:57 08.07.2025
Kazino oyunlarının təşkilatçılarına dair qayda müəyyənləşir
MM QHT-lərlə bağlı yeni cərimələri son oxunuşda qəbul etdi
11:56 08.07.2025
MM QHT-lərlə bağlı yeni cərimələri son oxunuşda qəbul etdi
Əhməd İsmayılov: Medianın peşəkarlığının artırılması informasiya siyasətinin prioritetlərindəndir
11:50 08.07.2025
Əhməd İsmayılov: Medianın peşəkarlığının artırılması informasiya siyasətinin prioritetlərindəndir
Rusiyalı məşhur müğənni Burak Özçivit ilə - FOTO
11:47 08.07.2025
Rusiyalı məşhur müğənni Burak Özçivit ilə - FOTO
Bank Respublika Beyləqanda yeni filialını açdı - FOTOLAR
11:46 08.07.2025
Bank Respublika Beyləqanda yeni filialını açdı - FOTOLAR
Milli Məclis Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişiklikləri son oxunuşda təsdiqlədi
11:41 08.07.2025
Milli Məclis Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişiklikləri son oxunuşda təsdiqlədi