Rusiya Prezidenti Vladimir Putin iki günlük dövlət səfəri üçün Çinə gedib. AZXEBER.COM xəbər verir ki, bu haqda "RİA Novosti” məlumat yayıb. "Prezidentin təyyarəsi Pekin hava limanına enib”, - agentliyin teleqram kanalında bildirilib. Qeyd olunur ki, səfərin əsas iş günü mayın 20-dir, Putin və Si Cinpinin məhdud tərkibdə danışıqları, ardınca isə nümayəndə heyətləri ilə geniş tərkibdə görüşü olacaq.