Putinin strateji məqsədi 2029-cu ildə NATO-ya qarşı genişmiqyaslı hərbi əməliyyata başlamaq deyil, əksinə, ABŞ-ı Avropadan çıxarmaq, həmçinin NATO və AB-nin birliyini sarsıtmaqdır.
Bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.
Onun sözlərinə görə, bununla belə, Putin NATO-nun necə reaksiya verəcəyini və kollektiv müdafiə mexanizmlərini həqiqətən işə salıb-salmayacağını yoxlamaq üçün Baltikyanı ölkələrə hücuma keçə bilər:
"NATO-nun 2029-cu ilə qədər nəzərdə tutulan, daha sonra isə 2035-ci ilə qədər davam edən hazırlıq planı mövcuddur. Lakin müharibə daha tez başlayarsa, alyansın buna qarşı durmaq üçün vasitələri var. Rusiya hazırda külli miqdarda silah istehsal edir; bunun yalnız 30–40 faizi cəbhəyə göndərilir, qalan hissəsi isə anbarlara yığılır. Niyyət aydındır".
///axar.az











































